“İran onu rədd edən Ermənistana qucaq açır”
Tarix: 21.06.2016 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Mübariz Əhmədoğlu: “Pakayinin açıqlamaları İranın Ermənistanla bağlı siyasətinə don geyindirmək məqsədi daşıyır”

“İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin bu günlərdə keçirdiyi mətbuat konfransında bəyan edib ki, “Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir”. Onun fikrincə, İsrailin Fələstində törətdiyi qırğınlar və insanlara verilən zülüm Qarabağda baş verən hadisələrlə müqayisəolunmaz dərəcədədir. Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar getdiyini diqqətə çatdıran səfir ölkəsinin bu danışıqların nəticə verəcəyinə ümid etdiyini deyib”.
Bu fikirləri 1news.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.Politoloqun fikrincə, cənab Möhsün Pakayinin açıqlamaları olduqca məntiqsizdir və daha çox İranın Ermənistanla bağlı isti, mehriban  siyasətinə don geyindirmək məqsədi daşıyır.“Ən azından unudulmamalıdır ki, vaxtilə məhz İran ərəblərin acığına İsrail işğalının möhkəmlənməsinə hərtərəfli yardım göstərib. İndi isə formal olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, əməldə isə işğalçı Ermənistana dəstək verir.Səfir bildirir ki, “İsrail rejimi Fələstin torpaqlarını işğal edib, oradakı əhaliyə işgəncələr verir, zülmə məruz qoyur. Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir... İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülmlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədədir”. Səfir bununla ermənilərin işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətini inkar etmirmi? Sual olunur: Ermənistanda və Dağlıq Qarabağda şiə-müsəlmanlar zülmə, işgəncəyə məruz qalmayıbmı, öldürülməyibmi? Bəs onların taleyi səfiri niyə qayğılandırmır?”
M.Əhmədoğlu bildirib ki, İsrail Fələstində ərəblərin yaşamasına qarşı çıxmır, ərəblər İsraildə  yaşayırlar, bu ölkəyə gedib-gəlirlər. Amma Ermənistandan və Dağlıq Qarabağdan azərbaycanlıların hamısı qovulub və artıq orada azərbaycanlı da yoxdur ki, ona zülm və ya işgəncə verilsin:
“Belə çıxır ki, şiə-müsəlmanları deportasiya etdiyi, soyqırımına məruz qoyduğu üçün ermənilər Fələstində bu işləri görməyən yəhudilərə nisbətən daha ədalətlidirlər.  İran işğalçı Ermənistana siyasi, iqtisadi, hərbi və mənəvi dəstək verir. İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin tabeçiliyində olan “Etka” müəssisəsi Ermənistan ordusunu ərzaq, geyim və s. hərbi ləvazimatla təmin edir. Üstəlik, hərbi təyinatlı məhsullar işğalçı Ermənistanın ordusuna ucuz qiymətlə, İranın uzunmüddətli dövlət krediti hesabına verilir. Bu da Ermənistan rəhbərliyinin əlində olan vəsaiti silah alınmasına xərcləməsi üçün şərait yaradır.
Digər tərəfdən, hazırda İranla danışıqları Ermənistan müdafiə nazirinin müavini, maddi-texniki təchizat departamentinin rəisi Movses  Akopyan aparır. M.Akopyan Dağlıq Qarabağın keçmiş müdafiə naziridir. Onun İranla həmişə əlaqələri olub və bu əlaqələrin indi də davam etdiyi açıq görünür. Fakt budur ki, hazırda İran Ermənistana mümkün olan bütün yardımları göstərir, bu ölkənin rəsmiləri isə əli azərbaycanlıların qanına batmış hərbi cinayətkarla bir masa arxasına oturur və onlarla sıx əməkdaşlıq edirlər”.
M.Əhmədoğlu sözlərinə əlavə etdi ki, Dağlıq Qarabağda bir dənə də məscid qalmayıb, bütün dini abidələr yerlə yeksan edilib. Fələstində isə fərqli mənzərədir:“Məscidlər də fəaliyyət göstərir, müsəlmanlar da öz dini ehtiyaclarını ödəyirlər. Məntiqlə səfir bu fərqi qeyd etməliydi, amma bilərəkdən etmir. İran İsrail rejimini saxta hesab edir. Bəs Ermənistanın Dağlıq Qarabağda oturtduğu ekstremist, terrorçu, müsəlmanların qanına susayan, əli minlərlə şiə-müsəlmanın qanına batmış rejimi niyə ittiham etmir? Fələstin və Dağlıq Qarabağ məsələsi arasında hər hansı paraleli istisna edən səfir, faktiki olaraq, Dağlıq Qarabağdakı rejimə bəraət qazandırmış kimi görünür”.“İran ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 20 ildən artıqdır davam edən, ancaq nəticəsiz danışıqlar, bəhrə verəcək. Amma İsraili ittiham edərək Fələstinə əməli dəstək verən İran Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə adekvat münasibət göstərmir. Bu danışıqların bəhrə verməsi üçün İran bu günə kimi hansı addımları atıb? Ermənistanla günü-gündən güclənən siyasi və iqtisadi əlaqələr, ən yüksək səviyyədə qarşılıqlı səfərlər, viza rejiminin ləğvi, müştərək iqtisadi layihələr və s. – budurmu İranın münaqişənin həllinə töhfəsi?” – M.Əhmədoğlu bildirib.
Daha sonra politoloq bildirib ki, Azərbaycan vaxtilə İranın vasitəçiliyini qəbul etdi:
“Şuşanın işğalı ilə Azərbaycanı cəzalandırdılar. Az sonra İran onu cəzalandıranlarla birlikdə Azərbaycana qarşı siyasət apardı. Bu gün Azərbaycan İranın Dağlıq Qarabağ məsələsində vasitəçiliyini dəstəkləyir. Ermənistan isə rədd edir. İran onu rədd edən Ermənistana qucaq açır. Səbəbini görəsən, özü bilirmi?!Səfir Möhsün Pakayin İsraili dünya üçün təhlükə sayır. Amma bu gün Ermənistan regionda təhlükə faktorudur, bu və ya digər ölkələrə qarşı ərazi və başqa iddialarla çıxış edir. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Ədalət naminə səfir bunları da qeyd edə bilərdi. Amma etmir. Çünki onun dövlətinin işğalçı Ermənistanla bağlı siyasi xətti reallığa ziddir”.Son olaraq M.Əhmədoğlu sözlərinə əlavə etdi ki, ədalət, müsəlman həmrəyliyi, şiə təəssübkeşliyi bir yana qalsın, İranın bəzi yüksək vəzifəli şəxsləri Azərbaycandan gələn haqlı dost iradlarına sərt reaksiya verir,  “Şimal-Cənub” dəmiryolunun istiqamətini Ermənistana dəyişəcəkləri ilə bağlı hədələyici mesajlar verirlər:
“Bu dəmiryolunun tikintisinə 500 milyon dollar vəsait tapa bilməyən və onu Azərbaycandan borc alan İran onun Ermənistandan keçməsi üçün bir neçə dəfə çox vəsaiti  haradan əldə edəcəkdir? Birdə bu nə məntiqdir? Bəlkə elə həqiqətən də İran pərdə arxasında yeni oyunlar planlaşdırır?
Mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətləri təkcə tarix, ortaq mədəni dəyərlər deyil, həm də bu günün reallıqlarıdır. Reallıq da odur ki, Pakistan da daxil olmaqla 10-dan artıq      ölkə, həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. İranın görəsən, neçə ostanı Xocalı soyqırımını tanıyır?! İsrail və Səudiyyə Ərəbistanının Ermənistanda səfirlikləri yoxdur. Bəs İranın?”




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info