“Ölkəmizdə müxtəlif konfessiyalar və dini icmalar harmoniyadadır”
Tarix: 21.06.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


“Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda islam dini dəyərlərinin qorunmasında sovetlər dövründə böyük işlər görüb, dini dəyərlərimiz qorunaraq saxlanılıb”. 
Bunu bu gün “Azərbaycan RespublikasındaDini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 
M. Qurbanlı bildirib ki, müstəqillik dövründə dövlət-din münasibətləri sahəsində Azərbaycan modeli yaradılıb. O qeyd edib ki, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli dövlətdir: “Ölkəmizdə müxtəlif konfessiyalar və dini icmalar harmoniyadadır. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasına şərait yaradılması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Təkcə bir faktı qeyd edək ki, sovetlər zamanı ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi bu rəqəm 2100-ə çatıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə minlərlə məscid tikilib və əsaslı bərpa olunub. Bu proses indi də davam etməkdədir”. 
M. Qurbanlı qeyd edib ki, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdər bəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb: “Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, Gəncə şəhər İmamzadə ziyarətgahında bərpa işləri başa çatdırılıb və bu il kompleks istifadəyə verilib. Bakının Binəqədi rayonunda ölkənin və Qafqazın ən böyük məscidi - Heydər məscidi inşa olunub. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən tarixi məscid və ziyarətgahlar - Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Şüvəlan qəsəbəsi Heydər məscidi, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri, Qəbələ şəhərində yeni məscid inşa və ya əsaslı təmir olunub. Hazırda ölkədə məscidlərlə yanaşı, 748 pir və ziyarətgah, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Ötən müddət ərzində Azərbaycan dövlətinin, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində tarixi kilsə və sinaqoqlar da təmir olunub, yeniləri inşa edilib. Bakı şəhərində Katolik kilsəsinin və dağ yəhudiləri üçün sinaqoqun inşası, Jen Mironosets Baş Kafedral kilsəsinin, Lüteran məbədinin, Qəbələ rayonu, Nic qəsəbəsində Alban kilsəsinin bərpası və yenidən qurulması buna bariz nümunədir”. 
Hazırda Dövlət Komitəsinin 15-i yerlərdə, 9-u Bakıda olmaqla, 24 şöbəsinin olduğunu nəzərə çatdıran M. Qurbanlı qeyd edib ki, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə dini radikalizmə qarşı mübarizə aparır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info