İdris İsayev: “Özünüməşğulluq proqramları aztəminatlı qrupların yoxsulluqdan çıxmasına şərait yaradacaq”
Tarix: 21.06.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindən biri də aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidin təmin edilməsidir. Bunu Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun iştirakı ilə Azərbaycan İqtisad Universitetində keçirilən konfransda “Yoxsulluğun azaldılmasında özünüməşğulluq tədbirlərinin rolu” mövzusunda çıxışı zamanı bildirib.
İ.İsayev Prezident  İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurlarından söz açıb, respublikada iqtisadi inkişaf yönündə həyata keçirilən məqsədyönlü islahatların ildən-ilə güclənən sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir müavini çoxsaylı və keyfiyyətli iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi və iqtisadiyyatın müasirləşdirilməsi, sosial ödənişlərin mütəmadi artırılması yönündə aparılan fəal siyasətdən bəhs edib. O, görülən işlərin sosial rifah göstəricilərinin yüksəlməsinə, habelə işsizlik səviyyəsinin təxminən 5 faizə, yoxsulluq səviyyəsinin 4,9 faizədək azalmasına səbəb olduğunu qeyd edib: “Dünya Bankının metodologiyasına görə, gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, 1 dollardan aşağı olanlar isə ifrat yoxsul hesab edilirlər. 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard nəfər əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, hazırda dünyada gündəlik gəliri 2 dollardan az olan əhali arasında Azərbaycan əhalisi artıq yoxdur”.
Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin minimum maddi tələbatlarının ödənilməsinə yönəldiyini qeyd edən İ.İsayev əslində onun passiv sosial tədbir olduğunu, aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına səbəb olmadığını bildirib: “Həmin ailələrin yoxsulluqdan çıxması üçün onların üzvlərinin məşğulluğu təmin edilməli, bunun üçün ilk növbədə məşğulluq imkanları araşdırılmalıdır. Təhlillər göstərir ki, sosial yardım alan ailələrin məşğulluq imkanları mövcuddur. 2016-cı ilin aprel ayının məlumatına görə, ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin 70%-i Bakıdan kənarda yaşayan ailələrdir ki, onların da 75%-i torpaq pay mülkiyyətinə malikdir. Digər tərəfdən, sosial yardım alan ailələrin üzvlərinin təxminən yarısı 18 yaşından yuxarı olanlardır”. Nazir müavini diqqətə çatdırıb ki, belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına və digər əhəmiyyətli nəticələrə imkan yarada bilər.
“Ona görə də biz nazirlik olaraq aztəminatlı ailələrlə bağlı aktiv sosial müdafiə tədbirlərinə daha üstünlük veririk”.- deyən İ.İsayev son illərdə özünüməşğulluğun təmin edilməsi sahəsində icra olunan pilot layihələrdən söz açıb. O qeyd edib ki, Göyçay və Şamaxı rayonlarında müəyyən kriteriyalar əsasında seçilmiş şəxslərin, o cümlədən bir qrup əlilliyi olan şəxsin öz bizneslərini yaratmaları üçün həyata keçirilən layihələr uğurla nəticələnib. Həmin insanlar müəyyən edilən istiqamətlər üzrə öz bizneslərini yaradaraq fəaliyyətlərini davam etdirməklə yanaşı, onların genişləndirilməsinə də nail olublar. “Artıq dövlətimiz belə ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün özünüməşğulluq proqramlarına start verib. Bu məqsədlə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 6 milyon manat vəsait ayrılıb və bu vəsait hesabına 2016-cı ildə ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması nəzərdə tutulur. Növbəti ildə isə daha çox ailənin özünüməşğulluq proqramlarına cəlb olunması proqnozlaşdırılır”. İ.İsayev bildirib ki, bu proqramın icrası yönündə aparılacaq işləri qeyd edərək deyib: “Bununla da biz aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin edirik”.
İ.İsayev bildirib ki, əhalinin məşğulluğu səviyyəsi eyni zamanda sosial yükün əhali ilə dövlət arasında daşınma nisbətini müəyyənləşdirir. Bu, eyni zamanda sosial məsuliyyətin bölüşdürülməsi məsələsidir. Çıxışı zamanı qloballaşma şəraitində sosial problemlərin həllində sosial məsuliyyətin cəmiyyətin hər bir həlqəsi arasında düzgün bölüşdürülməsinin əhəmiyyətindən də bəhs edən nazir müavini “Ölkənin iqtisadi gücündən asılı olmayaraq dünyada elə bir ölkə yoxdur ki, həmin ölkədə sosial problemləri yalnız dövlət həll etsin. Bu problemin həlli üçün cəmiyyətin bütün həlqələrinin bu prosesdə aktiv iştirakı tələb olunur”-deyə vurğulayıb.
O, ölkədə həyata keçirilən sosial siyasətin cəmiyyətimizin bütün həlqələrini sosial biznesin yaradılmasına təşviq etdiyini, sosial biznesin inkişafa gedən yol olduğunu qeyd edib.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info