Veteranlar ermənilərin faşist Njdeyə abidə qoyması ilə bağlı Putinə müraciət etdi
Tarix: 21.06.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Azərbaycanın Böyük Vətən Müharibəsi veteranları İrəvanda erməni faşistinə abidə qoyulması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.
Müraciətdə deyilir: “Ermənistanın paytaxtında faşist generallarından birinə, Hitlerə yaxın olan, erməni Vermaxt cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutyunyana abidə ucaldılıb”.
Müraciətdə daha sonra gah Moskvada faşizm üzərində qələbənin qeyd edilməsi tədbirlərinə, gah da faşizmə xidmət edən generalın abidəsinin açılışına gedən Serj Sarkisyanın siyasi ikiüzlülüyündən, ermənilərin Hitler nasizminə xidmət edən erməniləri – generallar Njde ilə Dronu (Drastamat Kananyan) təmizə çıxarmaq üçün bütün resurslardan istifadə etdiklərindən bəhs edilir:
“Qısaca deyək ki, bu “milli qəhrəmanlar”ın vicdanında Ukrayna və Polşada on minlərlə insan həyatını məhv edilməsi, yəhudilərə və nasist ideologiyaları üçün “yararsız” insanlara qarşı cinayətlər, Hitler cəza düşərgələrində kütləvi qətllərin ləkəsi var. 
Erməni legionunun özünün hesabatında təkcə Qərbi Krımda 20 min nəfərdən artıq dinc əhalinin qırılması barədə yazılıb. 
1948-ci ildə Njde hərbi cinayətkar kimi 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir mərkəzində dünyasını dəyişib. O heç vaxt bəraət almayıb. Məhkəmə əvvəl verilən qərarı qüvvədə saxlayıb”.
Müraciətdə Ermənistanın Dro və Njde kimi erməni faşist legionu rəhbərlərini təmizə çıxarmaq üçün Rusiya resurslarından istifadə edildiyi, RF KİV-də Hitler ilə Himlerin dostu Njdenin qəhrəmanlaşdırıldığından, məşhur rus aktyorları Ç.Xamatova (Njdenin həyat yoldaşı rolunda) və Mixail Yefremovun (Petko Xristov rolunda) “Qaregin Njde” filmində çəkildiklərindən xəbər verilir: “Lakin fakt faktlığında qalır. Adı çəkilən film hələ də bütün Rusiyada nümayiş etdirilir”. Bundan başqa, Rusiyada məşum general ilə bağlı kitabın təqdimatı keçirilib. Hətta Vladimir şəhərindəki qəbiristanlıqda bu faşist əlaltısına memorial kompleks tikintisi məsələsi qaldırılıb. 
Müraciətdə bu addımların qanuna zidd olduğu da qeyd edilib: “Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə 2015-ci ilin dekabrında BMT Baş Assambleyası “İrqçiliyi, irqi ayrı-seçkiliyi, ksenofobiyanı və bunlarla əlaqədar dözümsüzlüyün alovlanmasına səbəb olan nasizmin, neonasizmin və digər təzahürlərin qəhrəmanlaşdırılması ilə mübarizə” adlı, 70/139 saylı qətnamə qəbul edib”.
Müraciət müəllifləri bu cür faşist əlaltılarının xatirəsinin əbədiləşdirilməsinə qarşı laqeyd qalmağı faşizm qurbanlarının və ona qarşı mübarizədə həlak olmuş hərbçilərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirdiklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info