Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi
Tarix: 21.06.2016 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


İyunun 21-də “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.Konfransda çıxış edən Komitənin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərindən və rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev ölkəmizdəki dini tolerantlıqdan, dözümlülükdən, multikultural mühitdən söhbət açıb.Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərlik etdiyi idarənin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan daxilində iğtişaş salmaq istəyən bəzi qüvvələrə qarşı birgə mübarizə apardıqlarını bildirib.Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev əsrlər boyu yəhudi xalqının Azərbaycan xalqı ilə qardaş olduğunu, sülh şəraitində yaşadığını və hər zaman da yaşayacağını vurğulayıb.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda ən məqbul dövlət-din modelinin tətbiq olunduğunu söyləyib. O, Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi və yerliicra qurumları ilə birlikdə səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycanda Roma Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıblar.Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev qeyd edib ki, Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb. Tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov komitənin 15 illik fəaliyyəti barədə təqdimatla çıxış edib.
Sonda Azərbaycan Prezidentinə müraciət qəbul edilib.
Tural





 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info