Ermənistan əhalisinin alıcılıq qabiliyyəti həddən artıq azalıb
Tarix: 21.06.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Ermənistanın sosial yaşamı ağır olaraq qalır. Prezident Serj Sərkisyanın uğursuz siyasəti sadə erməni xalqını zəlil gününə qoymaqdadır. Artıq belə görünür ki, ölkədəki sosial-iqtisadi vəziyyət dözülməz hala çatıb.
Ermənistan hər ötən ayı iqtisadi geriləmə ilə başa vurur. Bunu erməni mətbuatı da etiraf etməkdədir. Ermənistanın «Tert.am» saytının verdiyi məlumata görə, son iki il və bu ilin ilk beş ayı ərzində Ermənistanda əhalinin alıcılıq qabiliyyəti 38 milyard 188 milyon dram azalıb.Başqa sözlə desək, 2014-cü ilin yanvar-may aylarında Ermənistan əhalisi alış-verişə bu ilin müvafiq dövrü ilə müqayisədə 38 milyard dram çox sərf edib.
Bundan əlavə, bu göstərici erməni əhalisinin sosial-iqtisadi vəziyyətinin əsas güzgüsüdür. Bu vəziyyət ökləyə xaricidən göndərilən pul köçürmələri ilə paralel olaraq baş verir. «Joxovurd» nəşri ötən yarım il ərzində Ermənistana xaricdən göndərilən pul köçürmələrinin həcminin üç dəfə azaldığı və bu azalmanın bu gün də davam etdiyi barədə məlumat yayıb.

Aclıq oğurluqların sayını artırıb

«Ac qılınca çapar» deyirlər. Ermənistandakı zəlil həyat tərzi ölkə ərazisində oğurluq və soyğunçuluğun vüsət almasına geniş şərait yaradır. Ermənistanın «News.am» saytının verdiyi başqa bir məlumata görə, hərbi hissələrdən birinin anbardarı Armaqes Ayvazyan hərbi hissədən böyük məbləğdə oğurluq etməkdə ittiham olunur. O. vaxtaşırı olaraq hərbi hissənin anbarından müxtəlif kabellər, metal borular və məftillər oğurlayıb. Ayvazyanın oğurladıqlarının ümumi həcmi 17 milyon 550 min dram qiymətində dəyərləndirilir.
Ermənistanın Məhkəmə Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda girov müqabilində azadlığa buraxılan hərbçi barədə təhqiqat işləri davam etdirilir.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info