“Nehrəm-Aqro” dövlət dəstəyindən bəhrələnərək fəaliyyətini uğurla davam etdirir
Tarix: 21.06.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyi bu sahənin daha da inkişaf etdirilməsinə şərait yaradıb. Muxtar respublikanın Babək rayonunda yerləşən “Nehrəm-Aqro” tərəvəz məhsulları istixana kompleksi də dövlət dəstəyindən bəhrələnərək fəaliyyətini uğurla davam etdirir.Rayonun Nehrəm-Çeşməbasar yolu kənarında yerləşən istixana kompleksinin yaradılmasına 2012-ci ildə başlanılıb. Burada bir il ərzində istixanalar qurulub, inzibati bina tikilib, əraziyə su xətti çəkilib. 2013-cü ildən isə müxtəlif tərəvəz məhsullarının yetişdirilməsinə başlanılıb.Sahibkar Nağı Nağıyevlə söhbətimizdə bildirdi ki, hazırda burada 6 istixana mövcuddur. Bu istixanalardan 5-i 840, 1-i isə 2 min 400 kvadratmetrdir. İstixanalarda əsasən yerli pomidor və xiyar məhsulları yetişdirilir və dadı-tamına, keyfiyyət göstəricilərinə görə idxal olunan məhsullardan xeyli fərqlənir.
Burada yetişdirilən tərəvəz bitkilərinə aqrotexniki baxımdan davamlı olaraq qulluq göstərilir. Məhsulun toplanması, qablaşdırılması lazımi qaydalara uyğun aparılır. Nağı Nağıyev dedi ki, keçən il 63 ton pomidor, 37 tondan yuxarı isə xiyar tədarük olunub. Cari ilin ötən dövründə isə 47 tondan çox məhsul yığılaraq satışa göndərilib. “Bəs tədarük olunan məhsulun satışı necə həyata keçirilir” sualına cavab olaraq sahibkar qeyd etdi ki, hazırda burada yetişdirilən məhsullar, əsasən, Ordubad, Culfa rayonlarında və Naxçıvan şəhərindəki bazarlarda satılır.İstixana kompleksində 8 işçi çalışır. Burada işçilər üçün tikilmiş inzibati binada yeməkxana, qazanxana, hamam və digər yardımçı otaqlar yerləşir. Yaradılmış hərtərəfli şərait işlərin keyfiyyətlə həyata keçirilməsinə imkan verir.Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən hərtərəfli dövlət dəstəyi hesabına belə istixanaların sayı ildən-ilə artır. “Nehrəm-Aqro” tərəvəz məhsulları istixana kompleksi də məhz bu dəstəyin nəticəsi kimi bu gün həm Babək rayonunda, həm də muxtar respublikada əhalinin yerli tərəvəz məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info