Jan-Fransua Manselin: “Beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycan zəngin təcrübəyə malikdir”
Tarix: 21.06.2016 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayevin Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.Mərkəzdən bildiriblər ki, görüşdə Dövlət müşaviri Kamal Abdullayev Sovör Qandolfi-Şayt, Erik Dolij, Jan-Pyer Door, Aleksi Mansel, Lionel Tardi, Alen Vasel kimi nüfuzlu senator və deputatların təmsil olunduğu nümayəndə heyətini salamlayaraq onların Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Bildirilib ki, biz Azərbaycanda hökmran olan tolerant və multikultural əhval-ruhiyyəni öz qəlbimizin arzusu ilə dostlarımıza çatdırmağa, onları da bundan xəbərdar etməyə çalışırıq. “Biz Prezident İlham Əliyevlə sizin görüşünüzü çox böyük maraq və diqqətlə izlədik. Prezident İlham Əliyev Azərbaycanın xaricdəki dostlarının sayının artırılması üçün çox işlər görür. Mən bir daha hər bir müasir azərbaycanlının ürəyindən gələn bir fikri burada ifadə etmək istərdim. Hər bir insanın iki vətəni olur: doğma vətəni və Fransa. Fransaya məhəbbət hər zaman bizim ürəyimizdə yaşayır. Güman edirəm ki, bu hisslər bizim münasibətlərimizdən sonra bir qədər də zənginləşəcək. Bu heyətlə Bakıya gəlib bizimlə görüşdüyünüz üçün sizə bir daha təşəkkür edirəm. İnanıram ki, hazırda Mərkəzin müşaviri Aytən Qəhrəmanın sizinlə davam etdirdiyi danışıqlar nəticəsində daha real nəticələr əldə edəcəyik”.Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin və BBMM-in yaranması, fəaliyyəti və həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Dövlət müşaviri BBMM-in hazırda Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan, İtaliya, İsrail və Moldovada rəsmi filiallarının fəaliyyət göstərdiyini qeyd edib.
Dövlət müşaviri BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və Azərbaycan universitetlərində tədrisi” layihəsi çərçivəsində bu fənnin hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında tədris edildiyini və bu fəaliyyət sferasının gündən–günə genişləndiyini diqqətə çatdırıb. Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” fənninin Fransa universitetlərindən birində tədrisi ilə bağlı hazırda aparılan danışıqların yaxın gələcəkdə müsbət nəticələnəcəyinə ümidvar oldugunu bildirib.Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan Dövlət müşaviri bildirib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanın bölgələrində yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır.
Jan-Fransua Mansel nümayəndə heyətində təmsil olunan senatorların ölkəmizə ilk dəfə səfər etdiklərini qeyd edərək heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını və artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğulayıb. Ölkəmizə səfərləri çərçivəsində “Azərbaycanı özün üçün kəşf et” proqramı hazırladıqlarını deyən Jan-Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini diqqətə çatdırıb.Nümayəndə heyətinin rəhbəri Azərbaycandakı mövcud multikultural duruma, xalqımızın qonaqpərvərliyinə öz gözləri ilə şahid olduqlarını qeyd edib. Rəhbərlik etdiyi qurumda Fransa cəmiyyətinin müxtəlif təbəqələrinin nüfuzlu nümayəndələrinin birləşdiyini diqqətə çatdıran Jan-Fransua Mansel Azərbaycan ilə Fransanın bir-birini daha yaxından tanıması üçün səylərini əsirgəməyəcəklərini deyib. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrin bu işə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu vurğulayan Jan-Fransua Mansel onlara göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.Jan -Fransua Mansel nümayəndə heyəti üzvlərinin bundan əvvəl heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq Azərbaycanla döyündüyünü söyləyib.Nümayəndə heyətinin rəhbəri Formula-1 Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu deyib.
Qonaqlar Azərbaycandakı tolerant və multikultural ənənələri yüksək qiymətləndiriblər, bu dəyərlərin digər ölkələr üçün də örnək ola biləcəyini qeyd ediblər.Görüşdə dövlət müşaviri qonaqları maraqlandıran sualları cavablandırıb.Sonra nümayəndə heyətinin üzvlərinə BBMM-in layihəsi çərçivəsində 25 dildə çap olunan, Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön sözün və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy”un daxil edildiyi kitabın fransız dilində nəşri və Mərkəzin hədiyyələri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info