Faşizmə xidmət edənə abidə qoyulmasında Ermənistan rəhbərliyi də məsuliyyət daşıyır
Tarix: 21.06.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Bütün dünya veteranları birlikdə Ermənistandakı neosasizm meyillərinin qarşısını almalıdırlar

Xəbər verildiyi kimi, Azərbaycanın Böyük Vətən Müharibəsi veteranları da İrəvanda erməni faşistinə abidə qoyulması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.Müraciətdə deyilir ki, Ermənistanın paytaxtında faşist generallarından birinə, Hitlerə yaxın olan, erməni Vermaxt cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutyunyana abidə ucaldılıb. Müraciətdə gah Moskvada faşizm üzərində qələbənin qeyd edilməsi tədbirlərinə, gah da faşizmə xidmət edən generalın abidəsinin açılışına gedən Serj Sarkisyanın siyasi ikiüzlülüyündən, ermənilərin Hitler nasizminə xidmət edən generallar -Njde ilə Dronu (Drastamat Kananyan) təmizə çıxarmaq üçün bütün resurslardan istifadə etdiklərindən bəhs edilir:
“Qısaca deyək ki, bu “milli qəhrəmanlar”ın vicdanında Ukrayna və Polşada on minlərlə insan həyatını məhv edilməsi, yəhudilərə və nasist ideologiyaları üçün “yararsız” insanlara qarşı cinayətlər, Hitler cəza düşərgələrində kütləvi qətllərin ləkəsi var. Erməni legionunun özünün hesabatında təkcə Qərbi Krımda 20 min nəfərdən artıq dinc əhalinin qırılması barədə yazılıb.1948-ci ildə Njde hərbi cinayətkar kimi 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir mərkəzində dünyasını dəyişib. O heç vaxt bəraət almayıb. Məhkəmə əvvəl verilən qərarı qüvvədə saxlayıb”.
Müraciətdə Ermənistanın Dro və Njde kimi erməni faşist legionu rəhbərlərini təmizə çıxarmaq üçün Rusiya resurslarından istifadə edildiyi, RF KİV-də Hitler ilə Himlerin dostu Njdenin qəhrəmanlaşdırıldığından, məşhur rus aktyorları Ç.Xamatova (Njdenin həyat yoldaşı rolunda) və Mixail Yefremovun (Petko Xristov rolunda) “Qaregin Njde” filmində çəkildiklərindən xəbər verilir: “Lakin fakt faktlığında qalır. Adı çəkilən film hələ də bütün Rusiyada nümayiş etdirilir”. Bundan başqa, Rusiyada məşum general ilə bağlı kitabın təqdimatı keçirilib. Hətta Vladimir şəhərindəki qəbiristanlıqda bu faşist əlaltısına memorial kompleks tikintisi məsələsi qaldırılıb.
Müraciətdə bu addımların qanuna zidd olduğu da qeyd edilib: “Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə 2015-ci ilin dekabrında BMT Baş Assambleyası “İrqçiliyi, irqi ayrı-seçkiliyi, ksenofobiyanı və bunlarla əlaqədar dözümsüzlüyün alovlanmasına səbəb olan nasizmin, neonasizmin və digər təzahürlərin qəhrəmanlaşdırılması ilə mübarizə” adlı, 70/139 saylı qətnamə qəbul edib”.
Müraciət müəllifləri bu cür faşist əlaltılarının xatirəsinin əbədiləşdirilməsinə qarşı laqeyd qalmağı faşizm qurbanlarının və ona qarşı mübarizədə həlak olmuş hərbçilərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirdiklərini bildiriblər.

Xatırladaq ki, Ermənistan özü BMT-də yuxarıda adıçəkilən sənəd müzakirəyə çıxarılan zaman onun lehinə səs verib.Bu o deməkdir ki, Ermənistan rəhbərliyi tarixi ənənələrə sadiq qalaraq altına imza atdıqları sənədin şərtlərinə ənəl etmirlər. Buna tarixdən bir misal çəksək yerinə düşər. 1918 ci ildə Milli Şura İrəvanı ermənilərə paytaxt kimi güzəştə gedəndə, onlar vəd vermişdilər ki, bir daha Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyəcəklər. Lakin bəllidir ki, bu sənədin mürəkkəbi qurumamış, ermənilər yenidən iddialarını ortaya atdılar və bu gün də bunu davam etdirirlər. Maraqlısı budur ki, Ermənistan rəhbərliyi son illərdə Rusiyanın və xüsusən də Vladimir Putinin faşizm təzahürlərinə qarşı necə həssas olduğunu bilməmiş deyil. Elə isə Sərkisyanın Njdeyə qoyulan abidənini açılışında iştirakını necə dəyərləndirmək olar? Bu abidə Rusiya tarixinə, rus xalqının azadlıq mübarizəsi salnaməsinə açıq-aşkar meydan oxumaqdır. Məlumdur ki, son illər İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılması ilə bağlı Rusiya –Qərb savaşı başlayıb. Ermənilərin bu addımı o deməkdir ki, onlar bu məsələdə Rusiyanın yox, Qərbin yanındadırlar. Şübhə etmirik ki, Ermənistan rəhbərliyi bu abidə layihəsini qəbul edərkən xaricdəki erməni diasporunun və Qərb dairələrinin bundan xəbəri olub.Bəlkə də, layihənin sifarişi xaricdən gəlib... Odur ki, faşizmə xidmət edənə abidə qoyulmasında Ermənistan rəhbərliyi də birbaşa məsuliyyət daşıyır.
Rusiyada Böyük Vətən müharibəsinin tarixinin saxtalaşdırılmasının qarşısını almaq üçün xüsusi komissiya yaradılıb. Maraqlıdır, bütün Rusiya KİV-lərində faşist Njdeyə abidə qoyulması xəbəri yayılanda həmin komissiya üzvləri niyə buna reksiya vermədilər. Fikrimizcə Njdeyə abidə qoyulması sıradan bir məsələ deyil.Odur ki, təkcə Azərbaycan veteranları deyil, bütün dünyada faşizmə qarşı vuruşmuş veteranlar , o cümlədən MDB veteranları da ciddi etirazlarını bildirməlidir. Yalnız kollektiv mübarizə Ermənistandakı neonasizm meyillərinin qarşısını ala bilər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info