Rusiya yığmasının baş məşqçisi istefa verib
Tarix: 22.06.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Avro-2016”-da ilk baş məşqçı istefası gerçəkləşib. TASS informasiya agentliyi xəbər verir ki, futbol üzrə Rusiya millisi komandasının baş məşqçisi Leonid Slutski istefa verib. Slutski qərarını Uelslə dünənki qarşılaşmadan sonra açıqlayıb.
Qrup mərhələsində keçirdiyi üç görüşdə cəmi bir xal toplayaraq Avropa çempionatı ilə erkən vidalaşan şimal qonşularımız son turda Uels komandasına 0:3 hesabı ilə məğlub olublar. Matçdan sonra Slutski postundan ayrıldığını və komandada baş məşqçi dəyişikliyinin qaçılmaz olduğunu bildirib: “Bu nəticələrdən sonra əsas məsələ baş məşqçi dəyişikliyi olmalıdır. Növbəti turnirə başqa bir mütəxəssislə hazırlaşmaq ölkə futbolunun inkişafı üçün daha faydalı olar. Yeni çalışdırıcının kimliyini isə Rusiya Futbol İttifaqı müəyyənləşdirməlidir”. Çalışdırıcı Uelsə böyük hesablı yeniliyə görə də azarkeşlərdən üzr istəyib: “Çox zəif oynadıq və məğlubiyyətə layiq idik. 90 dəqiqə ərzində zəif çıxış etdik”. Şimal qonşularımızın Avropa çempionatındakı uğursuz çıxışına bu ölkənin Dövlət Duması da biganə qalmayıb. Dumada Rusiya millisinin dağıdılması təklifi irəli sürülüb. Konkret olaraq, bu təklif Dövlət Dumasının Bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitəsinin sədri Dmitri Svişevdən gəlib. O bildirib ki, Rusiya yığmasının AÇ-dəki uğursuz çıxışı, əslində, təəccüblü deyil: “Hər şey gözlənilən idi. Sadəcə, hamı möcüzəyə ümid edirdi, o da baş vermədi. Görünür, möcüzələr olmur. Məntiqi sonluq qeydə alındı və biz Fransanı tərk edib, evə qayıtmalı olduq. Danışılası bir şey yoxdur. Köklü dəyişikliklər lazımdır. Heyətdə olan bütün futbolçuları qovub, bu yığmanı dağıtmalıyıq. İşə yeni, təmiz səhifədən başlamalıyıq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info