Son illər informasiya texnologiyaları ilə bağlı ixtisaslara maraq xeyli artıb
Tarix: 22.06.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Qəbul imtahanları zamanı müsabiqəyə buraxılmaq üçün şərtlər əvvəlcədən müəyyən olunur. Bu şərtlər bütün qruplarda 200 baldır. Dövlət sifarişli yerlərə müsabiqədə iştirak etmək üçün isə bu şərtlər nisbətən yuxarı, yəni 300-350 bal təşkil edir”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Balakəndə keçirilən qəbul zamanı jurnalistlərə müsahibəsində deyib. Müsabiqənin abituriyentlər imtahan verdikdən sonra formalaşdığını vurğulayan Şuranın sədri bunun bir sıra amillərdən - həmin ixtisas üzrə yerlərin sayının əvvəlki illə müqayisədə çoxalıb azalmasından, həmin ixtisası seçən abituriyentlərin sayından, ixtisas üzrə ödənişli təhsil formasında təhsil haqqının artıb azalmasından asılı olduğunu bildirib. 15-20 il əvvəl abituriyentlərin birinci ixtisas qrupuna, xüsusilə informasiya-kommunikasiya texnologiyaları ilə bağlı ixtisaslara o qədər də maraq göstərmədiklərini xatırladan Məleykə Abbaszadə qurum tərəfindən aparılan geniş maarifləndirmə tədbirləri nəticəsində son 5-6 ildə bu ixtisaslara marağın xeyli artdığını diqqətə çatdırıb. Bildirib ki, məhz bu səbəbdən də son illər həmin ixtisaslara keçid balları 500-dən yuxarı olur. Gənclərin getdikcə daha praqmatik olduqlarını vurğulayan Məleykə Abbaszadə deyib: “Son illər gənclər, əsasən, o ixtisasları seçirlər ki, gələcəkdə həmin ixtisas üzrə iş yerləri tapa bilsinlər. Ona görə də müəyyən istiqamətlər üzrə peşələrə meyillilik artır, qəbul zamanı bu ixtisas qruplarına daha çox ərizə verilir. Bu səbəbdən də müsabiqədə həmin ixtisaslar üzrə ballar da yüksək olur”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info