Dünyanın ən çox korrupsiyalaşmış şəhərləri hansılardır?
Tarix: 22.06.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


The Guardian:
“Ukraynada hər 10 xəbərdən biri şəhər həyatında korrupsiya məsələlərinə aiddir”
Böyük Britaniyanın “The Guardian” media qurumu dünyanın ən çox korrupsiyalaşmış şəhərləri ilə bağlı maraqlı yazı yazıb. Yazıda bu baxımdan bir sıra şəhərlərin adları ən çox korlanmış və korrupsiyalaşmış şəhərlər kimi çəkilir. Araşdırma nəticəsində bəlli olub ki, ən çox korrupsiyalaşmış şəhərlərdən biri Çikaqodur və bu şəhər Michael Cassius McDonald (İndiki “McDonald” onun adı ilə bağlıdır) tərəfindən korrupsiyalaşıb: “1800-cü illərin ortalarında yeniyetmə Mcdonald o zaman hələ dəmir yolu nəqliyyatında yorğun sərnişinlərə bəzək-düzək və şirniyyat təklif edən “şirniyyat qəssabı” idi - Onun müştəriləri aldıqları qutuları evdə açanda, içərisinin, demək olar ki boş və ya içindəkilərin saxta olduğunu görürdülər. Amma bu cür qazandıqları pullarla, McDonald, özünün Çikaqo qaragüruhunda mövqeyini bərkitdi və şəhərin ən güclü oyunçusu olan sənaye maqnatına çevrildi. Beləliklə, var-dövlət və nüfuz siyasi nəzarətə keçdi: “Kral Mayk” Çikaqodakı vəzifələrə, hətta seçkili orqanlara adamların təyin olunmasına təsir göstərməyə başladı. Yazıçı Richard Henry Little bu barədə belə qeyd edirdi: “O, heç vaxt ofis saxlamırdı, amma şəhəri dəmir əllə idarə edirdi”…
100 ildən də artıq keçdikdən sonra isə Çikaqonun, ilk dəfə McDonald tərəfindən qurulmuş korrupsiyalaşmış reputasiyası, sonrakı onilliklərdə Al Caponedən tutmuş Rod Blagojevichə qədər olan kriminallar tərəfindən daha da çiçəkləndirildi və bu reputasiya indi də dəyişməyib. 40 il ərzində Çikaqo ərazi məhkəməsi tərəfindən 1500 halda dövlət qurumlarında korrupsiyaya görə məhkumluq qeydə alınıb. Bu göstəriciyə görə Çikaqo ABŞ şəhərləri arasında birincidir”. Qeyd edilir ki, ona görə də “Küləkli şəhər” adlandırılan Çikaqo ABŞ-ın “korrupsiya kralı” sayılır.
Amma Çikaqo ABŞ-dan kənarda bu sahədə birincilik mövqeyi üçün çox çətin duruma düşür: “Kolombiyada 1380 mer 8 illik dövr ərzində korrupsiyaya dair cinayətdə ittiham olunub. Ukraynada isə hər 10 xəbərdən biri şəhər həyatında korrupsiya məsələlərinə aiddir. İspaniyada Gğrtel qalmaqalı isə Madrid və Valensiyada tikinti müqavilələrinə nail olmağa çalışan biznesmenlər tərəfindən rüşvət verilmiş aparıcı siyasətçilərin korrupsiyalaşması ilə bağlıdır.
Bununla bağlı olaraq oradakı vətəndaşların 95 faizi düşünürlər ki, burada korrupsiya institutlaşıb, çünki indiyə qədər heç kim günahkar kimi məsuliyyətə cəlb edilməyib.
Rio de-Janeyro şəhərində isə prokurorlar deyirlər ki, onlar Olimpiya müqavilələrini mümkün korrupsiya ehtimallarına görə araşdırırlar”.
Bundan başqa, yazıda “Transparency International”ın araşdırmalarına istinadən, digər şəhərlərin adları da çəkilir. “Transparency International”ın tərtib etdiyi korrupsiya şkalası 100-dən (çox təmiz) 0-a (çox korrupsiyalaşmış) qədər nəzərdə tutulub. Bu şkala üzrə ölkələr korrupsiya göstəricilərinə görə sıralanır. Maraqlıdır ki, Hindistan, Çin və Nigeriya bu cədvəl üzrə 40-dan da aşağı dərəcədə qərarlaşıblar, bu isə o deməkdir ki, həmin ölkələr nisbətən daha zox korrupsiyalaşmış ölkələr sırasına daxildir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info