Corc Soros yenə Britaniyanı silkələdi
Tarix: 22.06.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Dünyanın ən böyük maliyyə spekulyantı:
“Əgər britaniyalılar AB-dən çıxmağa səs versələr, funt-sterlinqin çox ciddi devalvasiyası baş verəcək və bu, 1992-ci ildə olduğundan daha ağır zərbə olacaq”

Dünyanın ən böyük maliyyə spekulyantı sayılan milyarder Corc Soros Britaniyanı gözləyən təhdidlə bağlı xəbərdarlıq edib. Belə ki, Britaniyada cümə axşamı keçiriləcək, ölkənin Avropa Birliyində qalıb-qalmamasını müəyyənləşdirəcək referendumla bağlı danışan spekulyant-milyarder deyib:
“Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsi, mənim bu ölkəni Valyuta Məzənnəsi Mexanizmindən kənarda qoymağa məcbur etdiyim vaxt funt-sterlinqə dəyən zərərdən daha ağır zərər gətirə bilər”. Qeyd edək ki, 1992-ci ildə Corc Sorosun Britaniyanı Valyuta Məzənnəsi Mexanizmindən kənarda qoyması bu ölkə üçün çox ciddi maliyyə sarsıntısına səbəb olmuşdu və həmin gün dünya iqtisadiyyat tarixində “qara çərşənbə” kimi tanınır. Soros bununla bağlı deyib ki, əgər britaniyalılar AB-dən çıxmağa səs versələr(Brekzit), Britaniyada funt-sterlinqin çox ciddi devalvasiyası baş verəcək və bu, onsuz da 1992-ci ilin sentyabrında sərt iqtisadi zərbə yemiş ölkə iqtisadiyyatına heç bir xeyir gətirməyəcək. Onun fikrincə, Brekzit baş verərsə, bu, maliyyə spekulyantları üçün çox böyük maliyyə qazancı fürsəti yaradacaq və ona görə də onlar Brekzitin baş verməsində maraqlıdırlar.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info