Ağsuda taxıl biçininə 100-dən çox kombayn cəlb olunub
Tarix: 22.06.2016 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Ağsu rayonunda taxıl biçini kampaniyası müvəffəqiyyətlə davam edir.Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumatda bildirilir ki, cari mövsümdə bölgədə 34 min 876 hektarda məhsul yetişdirilib. Bunun 15 min 359 hektarı buğda, qalanı isə arpadır. Hər il olduğu kimi, cari ildə də taxılçılar bu strateji məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Biçin kampaniyasına ilk günlərdən 109 kombayn çıxarılıb. Kombaynlardan 49-u digər bölgələrdən köməyə gətirilib.İndiyədək 15 min 220 hektar zəminin məhsulu yığılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 27,3 sentner təşkil edir. Taxılçılar bu rəqəmin artacağı qənaətindədirlər. Bir sıra yerlərdə, o cümlədən “Süsən Aqro” MMC-də, Qaraqoyunlu, Kəndoba, Gəgəli və bir sıra digər ərazi vahidlərində daha yüksək məhsuldarlığa nail olunur.Rayonun taxılçıları əlverişsiz keçən hava şəraitində biçin kampaniyasını tez və itkisiz başa çatdırmaq əzmindədirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info