“Dəyərlər axtarışında” mövzusunda görüş
Tarix: 07.03.2013 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində “Aydınlığa doğru” İctimai Birliyinin “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində “Dəyərlər axtarışında” mövzusunda növbəti görüşü keçirilib. Görüş prof, fəlsəfə e.d. Rəfiqə Əzimovanın “İnsanşünaslıq XXI əsrin elmidir” və prof., fizika-riyaziyyat e.d.Şahlar Əsgərovun “Dəyərlərin qiymətləndirilməsi” kitablarının təqdimatına həsr olunmuşdu. Gənc elmi kadrların hazırlanmasında şəxsi səylərinə görə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuş Əməkdar elm xadimi Əzimovanın “İnsanşünaslıq XXI əsrin elmidir” kitabında insanşünaslığın insan haqqında biliklər sistemi kimi XXI əsrin həyat sosiologiyası çərçivəsində aktuallaşmasından söhbət açılır. “Şöhrət” rdenli Əməkdar elm xadimi Ş.Əsgərovun “Dəyərlərin qiymətləndirilməsi” kitabı sosial fəlsəfəyə aid olub, tarixi “Hara gedir bu dünya?” sualına cavab axtarmaq niyyəti ilə yazılmışdır. Yeni meyardan istifadə edərək, dünyada ilk dəfə (!) dövlətlərin, universitetlərin reytinqləri qrafik şəklində təqdim edilmiş və qlobal iqtisadiyyatın, mənəviyyatın, təhsilin, energetikanın, dayanıqlı inkişafın, bəşəriyyətin inkişaf tarixinin bəzi problemləri həll edilib.
Tədbiri giriş sözü ilə “Aydınlığa doğru” İctimai Birliyinin sədri, telejurnalist Solmaz Əmirli açdı. Görüşün məqsədini açıqlayan Solmaz xanım qoyulan mövzunun nə qədər aktual olduğunu vurğuladı. Dəvət olunan qonaqlardan AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov, tarix elmləri namizədi Firdövsiə Əhmədova, Milli Məclisin deputatı Musa Quliyev, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun geomədəniyyət departamentinin direktoru, fəlsəfə elmləri namizədi Elmir Quliyev, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, fəlsəfə elmləri namizədi Elvüsal Məmmədov, psixoloq Elnur Rüstəmov və başqaları tədbirdə çıxış edərək, iqtisadi və mənəvi böhranın baş alıb getdiyi dövrümüzdə dəyərlər axtarışının getdikcə aktuallaşmasından danışdılar.
Görüşdə yeni kitabların təqdimatı ilə yanaşı, cəmiyyətimizin tanınmış ziyalıları və gənclər həqiqi dəyərlərdən söhbət açaraq, mənəviyyat böhranından çıxış yolları barədə fikir mübadiləsi apardılar, günümüzdə dəyərlərin nə dərəcədə aşınmasından, bunun bir xalq olaraq mənəviyyatımıza vurduğu zərərdən danışdılar, çıxış yollarını müzakirə etdilər.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info