Ermənistan mətbuatı Sarkisyanla müdafiə nazirin arasındakı gərginlikdən yazdı
Tarix: 22.06.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Uzun illərdir iqtisadi problemlər məngənəsində sıxılan Ermənistan hakimiyyəti məlum aprel döyüşlərindən sonra yaşadığı uğursuzluqdan sonra ciddi siyasi böhranla da üz-üzə qalıb. Ermənistan prezidenti uğursuzluğunun səbəbini gah hansısa generallarında axtarır və işdən qovur gah da başından böyük hərbi-siyasi bəyanatlar verməklə özünü gülünc vəziyyətə qoyur. Bütün bunlara baxmayaraq ölkə daxilində siyasi böhran səngimək əvəzinə daha da dərinləşir. Belə ki, indi də Ermənistanda prezident ilə müdafiə naziri Seyran Ohanyan arasında ciddi narazılıq yaranıb. 
“Joxovurd” qəzeti yazır ki, Ermənistan Silahlı Qüvvələrində yüksək vəzifəli şəxslərin işdən çıxarılması və korrupsiya faktları ilə bağlı prezidentlə nazir arasında gərgin söhbət olub. S. Sarkisyan son hadisələrlə bağlı S. Ohanyana bildirib ki, sadəcə, Azərbaycanla müharibə amilini nəzərə aldığı üçün onu vəzifədən azad etməyi hələlik lazım bilmir. “Lakin prezident bildirib ki, Ohanyan yaranmış vəziyyətlə əlaqədar reputasiyasını təmizləməlidir. İstefası Azərbaycanın əlində təbliğat vasitəsi olmaması üçün hələlik vəzifəsində qalacaq. Ohanyan isə yaxın ətrafına bildirib ki, istefa vermək niyyətində deyil. Pis işləyirsə, qoy, onu prezident vəzifəsindən azad etsin”, - deyə qəzet yazır. 
Qeyd edək ki, ki, Azərbaycanla Ermənistan arasında aprel ayında təmas xəttində baş verən gərginlikdən sonra Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, Rabitə Qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən çıxarılıb.
Bu ilin mayında isə Ermənistan Silahlı Qüvvələrinin Silahlanma İdarəsinin rəisi, general Mels Çilinqaryan, polkovniklər Armen Markaryan və Mger Papyan Ermənistan İstintaq Komitəsinin Baş hərbi istintaq idarəsinin açdığı cinayət işləri çərçivəsində saxlanılıblar.
Həmin cinayət işləri keyfiyyətsiz malların alınması, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı faktlar əsasında qaldırılıb. İlkin məlumata görə, bəzi məhsullar baha qiymətə alınıb.
Bundan başqa, İrəvanın Maştots rayonunun hərbi komissarlığının şöbə rəisi, podpolkovnik Şant Avetisyan 5 min dollar rüşvət alarkən saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info