TUMİB Astarada dini maarifçilik mövzusunda tədbir keçirib
Tarix: 22.06.2016 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərimizin rolu” adlı layihənin icrasını başa çatdırıb.
Layihə çərçivəsində sonuncu konfrans iyunun 21-də Astara şəhərindəki “Gənclər Evi”ndə baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə tədbir iştirakçılarına layihənin məqsədi barədə məlumat verib. Ç.Bayramov qeyd edib ki, layihə çərçivəsində Bakı, Sumqayıt, Qusar və Balakən şəhərlərində gənclərin iştirakı ilə konfranslar keçirilib. Onun sözlərinə görə, baş tutan tədbirlərdə gənclərə öz fikirlərini sərbəst şəkildə ifadə etmələri üçün şərait yaradılıb, onların təklifləri nəzərə alınıb.
TUMİB sədri daha sonra ölkədəki radikalizmə qarşı mübarizə mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında geniş çıxış edib. Ç.Bayramov çıxışına davam edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.
Astara rayon İcra Hakimiyyətinin əməkdaşı Səlimə Nəsirova konfrans iştirakçılarına rayonun dini-etnik tərkibi haqda ətraflı məlumat verib. S.Nəsirova deyib ki, yerli dini icmalarla sıx əməkdaşlıq etməklə rayonda sağlam mənəvi mühitin yaranmasına nail olublar.
TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə deyib ki, Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Natiq bunu Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyi ilə izah edib. S.Verdizadə gəncləri Azərbaycanda hökm sürən sağlam mənəvi mühiti korlamaq istəyən radikal dini təriqətlərin nümayəndələrinə qarşı mübarizə aparmağa səsləyib.
Qırx beş illik pedaqoji stajı olan “Tərəqqi”medallı müəllim Həbib Həbibov isə bildirib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. H.Həbibov bu müsbət tendensiyanın bu gün də davam etdiyini vurğulayıb. Qocaman müəllim gəncləri yaxşı oxumağa, həm dini, həm də dünyəvi elmlərin sirrinə vaqif olmağa və xarici dil öyrənməyə çağırıb.
Astaranın tanınmış ziyalılarından olan Yunis Qulamov qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqların min illərdən bəri birgə yaşadıqları məkandır. Y.Qulamov bildirib ki, yeniyetmə və gənclərimizi yad və radikal sektaların təsirindən qorumaq hər birimizin başlıca vəzifəsidir.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə analoji layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyinə diqqəti çəkib. Natiq deyib ki, gənclərin ölkənin ictimai həyatında aktivliyini artırmaq üçün bu təbəqənin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını gücləndirmək lazımdır.
Təbbirin sonunda iştirakçılara diplomlar verilib.​

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info