“Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb”
Tarix: 22.06.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Sankt-Peterburqda keçirilən görüş iki Cənubi Qafqaz ölkəsi arasında ab-havanı yaxşılaşdırdı və hər iki prezident və xarici işlər nazirləri arasında gələcək müzakirələrdəATƏT-in Minsk Qrupunun mərkəzi rolunu bərpa etdi”.
Bu sözləri APA-ya açıqlamasındaATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Estoniya Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru Metyu Brayza deyib. O bildirib ki, Sankt-Peterburq görüşündə Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada razılaşdıqları kimi, təmas xəttində hərbi gərginliyi azalmaqla bağlı tədbirlərin həyata keçirilməsi və münaqişənin siyasi həlli ilə bağlı danışıqların bərpası üçün tələb olunan atmosferin yaradılması öhdəliyini üzərilərinə götürüblər: “Bütün bunlar ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlər baxımından irəliləyişlərdir, lakin münaqişənin həlli istiqamətində əsaslı (substantiv) nailiyyətlərin olduğuna işarə etmir. Bütün hallarda Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb”. 
M. Brayza ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi ilə keçirilən görüşdən kənarda qalmadığını söyləyib. Onun sözlərinə görə, məhz görüşün əsas nəticələrindən biri bu olub ki, yüksək səviyyəli görüşlər həmsədrlərin rəhbərliyi ilə Minsk Qrupu çərçivəsində davam etdiriləcək. 
Keçmiş həmsədrin fikrincə, Rusiya bu ölkəyə qarşı sanksiyaları davam etdirən Aİ liderlərinə göstərmək istəyir ki, Cənubi Qafqazda sülhməramlı rol oynamağa çalışır. 
M. Brayza hesab edir ki, münaqişənin həlli yolu 2007-ci ildən masa üzərində olan, münaqişənin həlli ilə bağlı təməl prinsipləri özündə əks etdirən Madrid sənədi üzərində işi yekunlaşdırmaqdam keçir: "Bunun baş verməsi üçün həmsədr ölkələrin prezidentlərinin, xüsusilə ABŞ prezidentinin bu işə cəlb edilməsi labüd olacaq”. 




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info