ABŞ-ın İraqda uğursuz yenidənqurma planları
Tarix: 07.03.2013 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


ABŞ konqresi üçün hazırlanmış hesabatda deyilir ki, ABŞ-ın İraqa müdaxiləsindən bu yana 60 milyard dollar xərclənməsinə baxmayaraq, İraqın bərpası cəhdi ölkədə vəziyyəti bir qədər də olsa yaxşılaşdırmayıb.
“Bi-bi-si” xəbər verir ki, sənəd İraqın bərpası üzrə xüsusi inspektor Stüart Bouen tərəfindən hazırlanıb.
Stüart Bouenin hesablamalarına görə, ən azından 8 milyard dollar boş yerə sərf olunub.
İnspektorun fikrincə, uğursuzluğun başlıca səbəbi ölkədəki korrupsiya və təhlükəsizliyin aşağı səviyyədə olmasıdır.
Həmçinin, Bouen qeyd edib ki, İraq hökuməti ilə aparılmış konsultasiyalar da bu məsələdə kifayət etməyib.
İraqda səkizillik kampaniya ABŞ-a 800 milyard dollara başa gəlib. Müharibədə isə 5 min Amerika hərbiçisi ölüb.
Bouen deyib ki, İraqdakı uğursuzluqlar digər regionların bərpası əməliyyatlarına dərs ola bilər.
“Pullar su kimi axdı”
Hesabat həm İraqda, həm də ABŞ-da onlarla siyasətçi və məmurlarla aparılmış söhbətlərdən sonra əldə olunmuş yüzlərlə yoxlamaların nəticələrinə əsaslanır.
“Əsas fikir budur ki, yenidənqurma proqramı daha böyük nəticələrə nail olmalı idi, çünki bunun üçün xeyli pul xərclənib”, - deyə hesabatda qeyd olunur.
İraqın baş naziri Nuri Məliki Bouenə bildirib ki, ABŞ-dan göndərilmiş vəsaitlərin bir hissəsi “düşüncəsiz xərclənib”.
Onun sözlərinə görə, ABŞ-ın maliyyələşdirdiyi yenidənqurma proqramı İraqın həyatında əhəmiyyətli dəyişikliklər yarada bilərdi.
İraq parlamentinin spikeri və İraqda aparıcı sünni siyasətçi Osama Rucafi deyib ki, İraqın bərpası cəhdləri, bütövlükdə heç nəyə gətirib çıxarmadı.
İraq kürdlərinin nümayəndəsi Qubad Talabani amerikalı inspektora “siz düşünürsünüz ki, bütün problemləri pulla həll etmək olar? Bunu strateji düşüncə adlandırmaq olmaz” deyə müraciət edib.
Senat komitəsində Respublika Partiyasının beynəlxalq əlaqələr üzrə yüksək vəzifəli nümayəndəsi Bob Korker məruzənin nəticələrini “dəhşət” adlandırıb və əlavə edib ki, bütün bunlardan bu səhvi Əfqanıstanda da təkrarlamamaq üçün lazımi nəticələr çıxarılmalıdır.
Qeyd edək ki, ABŞ son 12 ildə Əfqanıstanın yenidənqurması üçün 90 milyard dollara yaxın pul xərcləyib.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info