“Milliyet”: ”İtirilmiş dostluq geri qaytarılmalıdır”
Tarix: 22.06.2016 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Türkiyənin yeni Baş naziri Binəli Yıldırımın ölkəsinin xarici siyasəti barədə danışarkən işlətdiyi «az düşmən, daha çox dost» kimi sözləri yerli mətbuatın daha çox önəm verdiyi fikir kimi dəyərləndirilir. Qeyd edək ki, Baş nazirin bu fikirləri ona görə böyük önəm kəsb edir ki, o, bu fikirləri hakimiyyətə gəlişinin ilk günlərində bəyan etdi.
Bu danışıqda Baş nazir dörd ölkə - Rusiya, İsrail, Misir və Suriya ilə münasibətlərin normallaşmasına prioritet veriləcəyini bir daha ortaya qoydu.
Binəli Yıldırımın sözlərinə görə, Rusiya ilə Türkiyə arasında heç bir düşmənçilik mövcüd deyil. Ona görə də, təyyarə böhranının iki ölkə arasında yaratdığı gərginlik, hər iki tərəfə o qədər də fayda gətirə bilməyəcək.
Xələl gəlmiş münasibətlərin bərpasına yönəlmiş Ankaranın jestlərinə qarşı Moskvanın reaksiyası hələ də dəyişməyib. Rusiya öz şərtlərlərində təkidlidir: təzminat və üzrxahlıq. Amma Baş nazir də Rusiya ilə barışmaq səylərini davam etdiməkdə israrlıdır.
Qeyd edək ki, İsrail ilə əlaqələr üzrə Baş nazirin bəyanatı da iki ölkə araında razılığa nail olmaq üçün imkanlar verir.
Misir ilə münasibətlərin bərpasına gəlincə, Baş nazir Türkiyənin mövqeyini, iki ölkə arasında ticarət, iqtisadi və sosial əlaqələrin canlandırılmasını əsas prioritet kimi görür. Bununla yanaşı o, digər sahələrdə münasibətlərin bərpa ehtimalı arasında diplomatik əlaqələrin normallaşdırılmasına ən mühüm məsələ kimi dəyər verir.
Suriya məsələsinə toxunan Baş nazir, əsasən, bu ölkənin şimalında yaşanan hadisələrə münasibət bildirərək yaranmış böhranın həllində Ankaranın məlum mövqeyini bir daha təkrar edib.
Xarici siyasət məsələsində Yıldırım itirilmiş dostların qaytarılması yönümündə müvafiq və vaxtında addımlar atılmasının vacibliyini bir daha önə çəkir. Bunun üçün o, ölkəsinin xarici siyasətində düzəlişlərin həyata keçirilməsinin vacibliyini lazım bilir.
Yıldırıma görə, Türkiyə bəzi məsələlərdə, xüsüsən Suriya və Rusiya məsələsində reallığı nəzərə almamış və hesablamalarda böyük səhvlərə yol veriib. Baş nazir ölkəsinin Misir ilə münasibət məsələsində isə qeyri-obyektiv, ekoloji amillərin təsiri altında hərəkət etdiyini və bunun əks nəticə verdiyini bildirib.
Binəli Yıldırıma görə, xarici siyasətdə realizm və praqmatizm ən vacib amillərdən biri olmalıdır. Dövlətin siyasəti "az düşmən, daha çox dostlar" olmalı, "tənhalıq" əlaməti göründüyü kimi, o qədər də dəyər kəsb etmir. Itirilmiş dostluğun geri qaytarılması cəhdi ilə yanaşı, eyni zamanda, əvvəlki birliklərin bərpasına da cəhd edilməlidir ...
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info