“Sank-Peterburq görüşündə münaqişənin mərhələli həlli ilə bağlı razılığa gəlindi”
Tarix: 22.06.2016 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


“Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində keçirilən görüşü zamanı Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə üstünlük verildi”. Bunu telekanallara müsahibəsində Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.N.Məmmədov bildirib ki, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır:“Münaqişənin mərhələli həlli məlumdur. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsidir. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi gəlir. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər ki, irəliləsinlər. Hələlik bunlarla bağlı razılığa gəlinib, amma sonra Ermənistan tərəfindən düşünülmüş təxribat xarakterli addımlar atılır və deyilir ki, bunu edə bilmirəm, verdiyim sözü yerinə yetirə bilmirəm”.PA rəsmisi qeyd edib ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin çox yüksək səviyyədə olduğunu, strateji tərəfdaşlığı, qonşuluq münasibətlərini, ümumi tariximizi, mədəni, iqtisadi, siyasi, təhlükəsizlik və s. sahələrdə əməkdaşlığı, eləcə də həmsədr ölkələrdən birinin Rusiya olduğunu nəzərə alsaq, RF münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində nizamlanmasında həm imkan, həm də mövqe nöqteyi-nəzərindən daha güclü, daha həlledici rol oynaya bilər: "Məsələn, həmsədr olmalarına baxmayaraq, Fransa da, ABŞ da bu proseslərdən nisbətən uzaqdırlar".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info