Roma papası “soyqırımı” sözünü işlətməyib
Tarix: 23.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Vatikan: Niyə “soyqırımı” sözünü
işlətmək aludəçiliyi var?


Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Roma papasının Ermənistana səfəri öncəsi keçirdiyi brifinqdə uydurma "erməni soyqırımı"na münasibətdə “medz yegern” (böyük fəlakət) ifadəsini işlətməyə üstünlük verdiyini bildirib.
“Soyqırımı” ifadəsini niyə işlətməməsi barədə jurnalistin sualı F. Lombardini qıcıqlandırıb. “Niyə “soyqırımı” sözünü işlətmək aludəçiliyi var? Və niyə bütün suallarda eyni məsələ soruşulur? Biz nə baş verdiyini bilirik. Qorxunc bir qətliam yaşandığını heç kim inkar etmir. Biz məhz bu qətliamı anmaq üçün memorialı ziyarət edəcəyik, lakin bunun siyasi və ideoloji müzakirələr tələsi olmasını istəmirik”, - deyə F. Lombardi söyləyib. F. Lombardi səfərdə məqsədin barışığa təşviq etmək olduğunu bildirib. O, 1915-ci ildəki təqiblər zamanı bəzi türklərin erməniləri evlərində gizlətdiyini də deyib. F. Lombardi qeyd edib ki, papanın Ermənistan, Azərbaycan və Gürcüstana eyni zamanda səfər etməməsinin səbəbləri müxtəlifdir: “Bunlardan biri Gürcüstan patriarxının bu vaxtlar Yunanıstanda olması ilə bağlıdır”. Qeyd edək ki, Roma papası iyunun 24-26-da Ermənistanda səfərdə olacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info