Lənkəranlı güləşçi Gürcüstanda erməni rəqibini məğlub edib
Tarix: 23.06.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin iki yeniyetmə güləşçisi Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medallara sahib olublar.
Dünya və Avropa çempionu Davit Bedinadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya komandaları da qələbə uğrunda mübarizə aparıblar.
Azərbaycan milli komandasının tərkibində çıxış edən lənkəranlı idmançılardan Elçin Quluzadə 42, Araz Şükürzadə isə 46 kiloqram çəki dərəcəsində fərqlənib.
Yarış Elçin Quluzadə üçün daha əlamətdar olub. O, bürünc medal uğrunda görüşdə erməni rəqibini 8:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, milli komandanın üzvləri beynəlxalq turnirdə, ümumilikdə, 2 gümüş və 7 bürünc medal qazanıblar. Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstandan sonra ikinci yerdə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info