Kolbasa alarkən diqqətli olun!
Tarix: 07.03.2013 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Kolbasa məmulatları alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmaq istəyir. Ticarət şəbəkəsində ən müxtəlif çeşiddə, növdə və keyfiyyətdə kolbasa məmulatları satıldığına görə istehlakçılar bir çox hallarda onun keyfiyyətinin müəyyənləşdirilməsi problemi ilə üz-üzə qalır. Bu baxımdan istehlakçılar üçün faydalı ola biləcək bir sıra məsələlər haqqında məlumat verəcəyik.

Kolbasa istehsalına, saxlanmasına və satışına qoyulan müvafiq standart və tələblərə riayət olunması vacibdir. Kolbasa məmulatı müxtəlif növ ət və ət məhsullarından hazırlanır. Bu məhsulları hazırladıqda növ və çeşidindən asılı olaraq tərkiblərinə əzələ toxumasından başqa, müxtəlif miqdarda piy toxuması, xörək duzu, su, bir sıra dad və rəngləyici maddələr, ədviyyat və s. əlavə edilir.
Kolbasa məmulatı alarkən onun bir sıra əlamətlərinə diqqət yetirmək vacibdir. Belə ki, kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olaraq, ətə yaxşı yapışmalı, qabığın üzərində kif olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Məhsulun iyi və dadına gəlincə, bu növ kolbasalar üçün xarakterik olan və qatılan ədviyyatın xoş iyi və dadı hiss olunmalı, kənar maddələrin iyi, qaxsıma və turşuma kimi xoşagəlməz iy və dad hiss olunmamalıdır. Kolbasa məmulatını bıçaqla kəsdikdə qiyməsinin rəngi həmin məlumatlar üçün xarakterik olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır. Hisə verilmiş kolbasalarda qiymə bərabər dərəcədə çəhrayı olmalı, bozumtul ləkələr olmamalı, piyin rəngi ağ və ya çəhrayı olmalıdır.
Məmulatın konsistensiyasına gəldikdə isə, növündən asılı olaraq kolbasaların qiyməsi çox yumşaq və elastik olur.
Kolbasa reseptində məmulata əlavə qatışıqların - nişasta, un və s. qarışdırılması da nəzərdə tutulur. Əks halda, kolbasa öz konsistensiyasını itirə bilər. Amma bəzən istehsalçılar əlavələri normadan artıq etməklə istehlakçını aldadırlar. Belə ki, normadan artıq qatışıqlar vurulanda kolbasada ətin miqdarı azalır və bu, onun keyfiyyətinə təsir göstərir. Nəticədə istehlakçıya daha az enerji verən məhsul satılmış olur ki, bu da onların qanunvericiliklə təsbit olunmuş hüquqlarının pozulmasına səbəb olur.
Ümumiyyətlə, hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olan kolbasa növlərinin hər biri standartların tələblərinə, texniki şərtlərinə cavab verməlidir. Məsələn, bişmiş kolbasanın tələblərinə görə 100 kq kolbasaya 2,3 kq xörək duzu istifadə olunmalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzları, nitritin normadan artıqlığı və ya digər bakterioloji göstəricilər təhlükə törədərsə, bu məhsulların satışa buraxılması yolverilməzdir.
Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri müxtəlifdir. Məsələn, bişmiş kolbasalar və ya batonları 72 saat, paştetləri 24 saat, başqa bişmiş kolbasaları 48 saat, yarım hisə verilmişləri 10 sutka, bişmiş hisə verilmişləri 10 sutka, çiy hisə verilmişləri 4 aya qədər saxlamaq olar. Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş resepturalar əsasında müəyyən edilir. Mənfi 9-7 dərəcədə yarım hisə verilmiş kolbasalar 3 aya qədər, bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər, çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.
Kolbasanın çeşidindən və ona təsir edən amillərin xüsusiyyətindən asılı olaraq xarab olmasını göstərən əlamətlər müxtəlif olur. Xarab olmağa başlayan bütün kolbasa növləri üçün ümumi səciyyəvi xüsusiyyət onun səthində müxtəlif dəyişmələrin əmələ gəlməsidir. Belə ki, rəngin bozarması, yapışqanlı mayenin və kifin əmələ gəlməsi, üzərini örtən qabığın ətdən ayrılması, kolbasa ətinin yumşalması və suyun çoxalması, xoşagəlməz iy məhsulun xarab olmasını göstərən başlıca əlamətlərdir. Ona görə də kolbasa məmulatlarını alarkən istehlakçılar diqqətli olmalıdır. Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən və ya bu müddətləri ötən kolbasaları almayın. Ticarət şəbəkəsində mövcud tələblərə cavab verməyən şəraitdə saxlanılan keyfiyyətsiz kolbasa məmulatlarına rast gəlsəniz, dərhal Dövlət Xidmətinə müraciət edin.

Təqdim etdi:
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info