Azərbaycan “Qafqaz Caz Festivalı”nda təmsil olunub
Tarix: 23.06.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Bu günlərdə Gürcüstanda baş tutmuş “Qafqaz Caz Festivalı” artıq yeddinci dönəmini yaşadı. Dünyanın ən müxtəlif qitələrindən təşrif buyuran musiqiçilərin iştirakı ilə keçirilən bu festivalın builki qonaqları Qafqaz ölkələri ilə yanaşı, ABŞ, İran, Türkiyənin gənc caz musiqiçiləri oldu.
Festivalda Gürcüstanı “Kanudosi”, “Hulement”, “Stumrebi” qrupları, Azərbaycanı “J.E.F. Experiment” triosu, Türkiyəni bəstəkar və pianoçu Tuluq Tırpanın kvarteti təmsil etdi. İştirakçılar sırasında İranın adını və onu təmsil edən “Arte Music Group” heyətini görmək olduqca xoş və gözlənilməz bir yenilik idi. Festivala müxbir kimi xüsusi dəvət almış caz tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Turan Məmmədəliyeva bu möhtəşəm musiqi bayramı barədə fikrini bölüşüb. O, deyib: “Qafqaz Caz Festivalı” müxtəlif mədəniyyət ocaqları olan tam fərqli ölkələrin müasir, yenicə yaradıcılıq yoluna qədəm qoyan ifaçıların iştirakını və onların xoşməramlı, yaradıcı bir şəraitdə ünsiyyəti məqsədini daşıyır. Bu, qeyri-kommersiya səciyyəli festivaldır və hər il keçirilmə forması dəyişir. Bu il festival olduqca geniş miqyas alan tədbirləri ilə əlamətdar oldu. Festival konsertlərindən əlavə, cem-seyşn gecələri, qədim Axaltsixe bölgəsində yerləşən Rabat qəsri ətrafında təntənəli konsert keçirildi. Festivala böyük əhəmiyyət verən daha bir müsbət cəhət - ABŞ-dan dəvət almış Ceymi Ebersoldun caz məktəbinin nümayəndələri - caz ifaçıları olan saksofonçu Maykl Treysi və gitaraçı Kreyq Vaqnerin iştirakı ilə keçirilən ustad dərslər oldu” Onun sözlərinə görə konsertlərdə Azərbaycanı təmsil edən “J.E.F. Experiment” triosu uğurla çıxış edib, xalq mahnılarına və R.Babayevin əsərləri əsasında hazırlanmış kompozisiyalar ifa edib. T.Məmmədəliyeva deyib ki, festival çərçivəsində yazıçı, publisist, caz haqda romanların müəllifi Zurab Karumidzenin ətrafında toplaşan müxtəlif ölkələrin müxbirlərinin iştirakı ilə “dəyirmi masa” da maraqlı olub, Qafqaz və digər ölkələrin caz həyatında üzə çıxan bir sıra məsələlərin işıqlandırılmasına imkan yaradıb.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb
07.12.2018
“Kardeş kalemler” noyabr nömrəsini Mir Cəlal Paşayevin 110 illiyinə həsr edib
07.12.2018
2019-cu il MDB-də Kitab İli elan olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info