Genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafında rolu müzakirə edilib
Tarix: 23.06.2016 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu” mövzusunda konfrans keçirib.
BMAM sədri, politoloq Rufiz Qonaqov konfransın Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb. R.Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.
Daha sonra Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqillik illərində demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib: “Mütərəqqi islahatlar nəticəsində demokratik və hüquqi dövlət qurulub, ölkə əhalisinin xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı əbədi şəkildə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Tam əminliklə deyə bilərik ki, ulu öndərin davamlı milli inkişafa təminat yaradan ideyaları dövlətimizin və xalqımızın gələcək uğurlarına parlaq işıq salır. Azərbaycan hazırda dünyada özünün milli iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik mövcuddur. Məhz bunun nəticəsidir ki, Azərbaycan son illərdə əsaslı iqtisadi, siyasi, mədəni islahatlara müəlliflik edir Bu gün Azərbaycan xalqı ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti ətrafında sıx birləşərək gələcəyə böyük ümidlə baxır. Mütləq əksəriyyət əmindir ki, xalqımızın milli mənafeyini özündə əks etdirən bu siyasət gələcək illərdə də davam etdiriləcək, Azərbaycanın sürətli inkişaf tempini qoruyub saxlayacaq”.
Daha sonra digər iştirakçılar da mövzu ətrafında fikirlərini bildiriblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info