Bakı daha bir beynəlxalq festivala ev sahibliyi edəcək
Tarix: 23.06.2016 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Oktyabrın 22-dən 30-dək Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku” otelinin təşkilatçılığı ilə keçiriləcək.Sərginin rəsmi açılışı və ilk konserti oktyabrın 22-də “Rotunda Jazz Club”da olacaq. Tamaşaçıların qarşısında Qabriel Qrossi triosu (Braziliya) çıxış edəcək. “Daha sonra isə Jam session” olacaq. Qeyd edək ki, festivalın açılışı münasibətilə rəssam Vüqar Əlinin caz sənətinə həsr etdiyi əsərləri, habelə fotoqraf Arkadi Mitnikin (Hollandiya) işləri sərgilənəcək.Festivalın proqramında Qabriel Qrossi triosu (Braziliya), İrakli Koyava və Levan Kemulariya dueti (Gürcüstan), “Plunge” triosu (İsveç), Antonio Lizana qrupu (İspaniya), Pyer de Treqomayn kvarteti (Fransa), Debora Karter kvinteti (Hollandiya), Eren Coşkuner kvarteti (Türkiyə), “Linley Marthe & Friends” (Fransa) qrupu, Albert Hera (İtaliya), Atanas Dinovski və Pol Şubert dueti (Makedoniya-Avstriya), Tord Qustavsen kvarteti (Norveç), Levan Kemulariya triosu (Gürcüstan), Rain Sultanov və İsfar Sarabski (Azərbaycan), ölkəmizin gənc istedadlı musiqiçiləri, Sebastyan Studnitski triosu, eləcə də Sebastyan Studnitski “Memento” simli kvarteti (Almaniya-Azərbaycan), “Djabe” (Macarıstan), “Takumi`s Trick With Asian Friends” (Yaponiya), “Dainius Pulauskas” (Litva) qrupları, “Grzech Piotrowski” (Polşa-Azərbaycan) kvarteti, “Musica Ficta” (Kolumbiya) qrupu, Denis Fontura (Braziliya) və dicey Tomasın çıxışları yer alıb. Festival müddətində ümumilikdə 64 tədbir nəzərdə tutulur.
Konsertlər “Rotunda Jazz Club”, İçərişəhərdə “Art Club”, Beynəlxalq Muğam Mərkəzində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında təşkil ediləcək.
Bakı Beynəlxalq Caz Festivalı Norveç, Yaponiya, Almaniya, Kolumbiya, Avstriya, Fransa, İspaniya səfirlikləri, Türkiyə Xarici İşlər Nazirliyi və Bakıda Fransız liseyinin dəstəyi ilə təşkil ediləcək.




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info