“Azərbaycan Aİ ilə davamlı tərəfdaşlığın davam etdirilməsində maraqlıdır”
Tarix: 23.06.2016 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Bakıda "Azərbaycanda Mobillik naminə Tərəfdaşlıq" beynəlxalq konfransı keçirilib.
Konfrans Azərbaycanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanla Mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək" layihəsinə həsr olunub.  
Azərbaycan Xarici İşlər Nazirliyi layihənin dəstəkçisi qismində çıxış edir. 
Tədbirdə iştirak edən XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev bildirib ki, mobilliyin asanlaşdırılması Aİ ilə Azərbaycan arasında daim əməkdaşlıq mövzusu olub: "Viza sadələşdirilməsi və readmissiya sazişi bu sahədə ümumi məqsədlərin icrası üçün faktiki imkan yaradıb. Azərbaycan Aİ ilə davamlı tərəfdaşlığın davam etdirilməsində maraqlıdır. Miqrasiya sahəsində də əməkdaşlıq genişləndiriləcək". 
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə layihə ilə bağlı təmsil etdiyi qurumun əsas məqsədinin Azərbaycan rəsmiləri ilə miqrasiya və mobillik sahəsində əməkdaşlıq etmək olduğunu deyib: "Bu əməkdaşlıq viza sadələşdirilməsi və readmissiya sazişinin imzalanmasından sonra daha da güclənib. Mobillik, miqrasiya və sərhədlərin qorunması bu sahədə əməkdaşlığmızın əsas istiqamətləridir. Bu layihə mobillik üzrə əməkdaşlıq üçün öhdəliklərin yerinı yetirilməsi üçün yaxşı başlanğıcdır. Layihə 2016-cı ilin yanvarında başlayıb. Layihəni icra etmək üçün 3 ilimiz var".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info