“Neft-qaz sənayesinin gələcəyi barədə bilmək istəyən hər kəsin Bakıya gəlməsi lazımdır”
Tarix: 23.06.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


BP-nin kəşfiyyat və hasilat seqmentindəki portfel və strategiyasının təhlil olunması məqsədilə Beynəlxalq İnvestisiya Fondları rəhbərlərinin Bakıya iki günlük səfəri həyata keçirilib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev səfər çərçivəsində keçirilmiş təbirdə iştirak edib.SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib ki, “Capital Research International”, “Capital World”, “UBS Asset Management”, “Fidelity Research” və “JP Morgan Asset Management” daxil olmaqla dünyanın bir sıra investisiya fondlarının təmsilçiləri, habelə neft-qaz sektorundakı səhm bazarlarının araşdırılması üzrə tanınmış analitiklər Bakıya səfərləri zamanı BP-nin Azərbaycandakı uğurlu investisiya təcrübəsi ilə tanış olub və onlara gələcək investisiya imkanları haqqında məlumat verilib.SOCAR prezidenti R.Abdullayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən enerji strategiyasının qələbələrindən danışıb, bu strategiyanın reallaşmasında BP-nin rolundan bəhs edib, bu şirkətlə əməkdaşlığı yüksək qiymətləndirib.R.Abdullayev həmçinin qonaqlara SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında məlumat verib.İki günlük səfərin və yekun tədbirinin məqsədi haqqında danışan BP-nin kəşfiyyat və hasilat üzrə baş icraçı direktoru Bernard Looney deyib: “Biz investorlarımızla gələcək fəaliyyətlərimiz haqqında danışmaq istəyərkən onları Azərbaycana gətirməyə qərar verdik. Neft-qaz sənayesinin gələcəyi barədə bilmək istəyən hər kəsin Bakıya gəlməsi lazımdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Ramil Usubov onu rəis təyin etdi
18.06.2019
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
18.06.2019
Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşlarla görüşəcək
18.06.2019
“Azeri Light”ın bir barreli 63,35 dollara satılır
18.06.2019
Kanadada yaşayan azərbaycanlılar cəmiyyət yaradıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info