Markar Esayan: “Xocalı qətliamını törədənləri lənətləyirəm”
Tarix: 23.06.2016 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“Əlbəttə ki, mən erməniyəm, amma eyni zamanda, Türkiyə vətəndaşıyam və mənim də inandığım dəyərlər var”. 
Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Avropa ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili, erməni əsilli Markar Esayan deyib.  
M. Esayan bildirib ki, ölkəsi Türkiyənin mənafeyi onun üçün hər şeydən öndədir: “Eyni zamanda, əxlaq meyarlarımız da var. Əgər siz bir bölgədə digər bölgəyə su vermirsinizsə, suyun qarşısını kəsib insanları susuz qoyursunuzsa, bunu kimin etməsindən asılı olmayaraq, mən buna qarşı olacağam. Kiminsə pislik etməsini onun irqinə və ya millətinə görə dəyərləndirə bilmərik. Erməniyəm deyə mən hansısa yanlışlıqlara göz yuma bilmərəm, məsələlərə bu aspektdən baxıram. Elə Xocalı qətliamına da bu gözlə baxıram, hər il bunu edənləri lənətləyirəm. Biz bu baryerləri aşmalıyıq. Yəni, doğru yerdə durmağa çalışıram, amma bunun da bir bədəli olur. Olsun, nə edə bilərik ki?..”  
Türkiyəli millət vəkili Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın ona qarşı kobud hərəkətlərə və təhqirlərə yol verməsinə də toxunub: “Yanvar sessiyasında Azərbaycanla bağlı hesabatların lehinə səs verdiyim üçün erməni nümayəndə heyətinin üzvü mənə söyüş və təhqirlər yağdırdı. Təbii ki, Avropa Şurası içində bu, qəbuledilməz bir hərəkət idi. Ermənistan nümayəndə heyətinin digər üzvləri isə gəlib məndən üzr istədilər və o qadının başqa partiyadan olduğunu və Ermənistanda bu sahədə məşhur olduğunu bildirdilər, hadisədən çox üzüldüklərini söylədilər. Biz də öz növbəmizdə bu məsələni AŞPA Bürosu və sədrinin diqqətinə çatdırdıq. Biz onları xəbərdar etsək də, rəsmən üzr istəyən olmadı və nizamnamədə belə məsələlərlə bağlı hansısa müddəanın olmadığını bildirdilər. Yəni, biz şikayətimizi verdik, AŞPA sədri bunu diqqətə aldı, ancaq başqa bir şey olmadı”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info