Lənkəranda dövlət qulluğunda çalışanlar mükafatlandırılıb
Tarix: 23.06.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


İyunun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən toplantıda dövlət qulluqçularının əməyi yüksək qiymətləndirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.Dövlət qulluqçularının peşə bayramı münasibətilə keçirilən toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət qulluğunda çalışanları əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılmasının və onun daha da inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.Bu gün müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində dövlət qulluqçularının fəal mövqe nümayiş etdirərək Vətənə, cəmiyyətə layiqincə xidmət göstərdiyini vurğulayan T.Qaraşov Lənkəranda sağlam ab-havanın, işgüzar əhval-ruhiyyənin hökm sürdüyünü, dövlət qulluqçularının öz peşələrinə sədaqətli olduqlarını bildirib.Toplantıda şəhər icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyevin dövlət qulluqçularının peşə bayramı ilə bağlı məruzəsi dinlənilib.Çıxışlarda ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli Liderin böyük xidmətlərinin olduğu qeyd edilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda da böyük uğurların qazanıldığı diqqətə çatdırılıb.
Sonda dövlət qulluğunda çalışanların bir qrupuna şəhər icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr verilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info