Brink: “ABŞ Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”
Tarix: 23.06.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfərinin və keçirdiyi ikitərəfli görüşlərin münasibətlərin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.Bridcet Brink ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. O, ABŞ-ın iqtisadiyyatın şəxaləndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəklədiyini bildirib.Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info