“Pambıqçılıq və baramaçılığa subsidiyalar veriləcək”
Tarix: 24.06.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Şəmkir rayonunda keçirilən müşavirədə Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı sahəsində qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlər müzakirə olunub. Kənd təsərrüfatı məsələləri üzrə yaradılmış işçi qrupun üzvləri Şəmkir rayonuna səfər edərək, “yaşıl market”lə tanış olub, “Ceyrançöl” MMC-də, “Şəmkir Aqropark”da və istixanalarda təsərrüfat işləri ilə maraqlanıblar.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, aqrar sektorda mövcud vəziyyətlə tanış olmaq və perspektivləri müzakirə etmək üçün yaradılan işçi qrupun üzvləri əvvəlcə “yaşıl market”ə gəliblər. Məlumat verilib ki, “Şəmkir səbəti” brendi ilə fəaliyyət göstərən “yaşıl market”də əhalini kənd təsərrüfatı məhsulları, faraş meyvə-tərəvəz və bütün növ ərzaq məhsulları ilə təmin etmək üçün müvafiq yerlər, kafe, “supermarket”, soyuducu anbarlar və sanitariya qovşağı yaradılıb.
Şəmkir bələdiyyəsinin iri nümunəvi taxılçılıq, bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-də isə bildirilib ki, burada torpağın əkilib-becərilməsi, aqrotexniki tədbirlərin aparılması üçün müasir tələblərə cavab verən 10 ədəd “NEW Holland” markalı traktor, 44 adda müxtəlif kənd təsərrüfatı texnika və avadanlıqları lizinq yolu ilə alınıb. Əkin sahələrinin suvarılması üçün su xətlərinin çəkilişi başa çatdırılıb. Təsərrüfatda 65 nəfər daimi, 205 nəfər isə mövsümü işlə təmin olunacaq.
Aqroparka gələn işçi qrupun üzvlərinə məlumat verilib ki, 650 hektar ərazidən 350 hektarında intensiv meyvə bağlarının salınması nəzərdə tutulur. Daxili bazarın tələbatı nəzərə alınaraq alma, xurma, armud, şaftalı, üzüm, ərik və gavalı bağlarının salınması üçün də iş aparılır. Burada müasir texnologiyalar tətbiq ediləcək. İyirmi hektar sahəni əhatə edəcək istixanada hər il 7 min ton pomidor və xiyar istehsalı planlaşdırılır. Aqroparkda 20 min tonluq soyuducu anbar, çeşidləmə və qablaşdırma müəssisələri fəaliyyət göstərəcək.
Sonra Heydər Əliyev Mərkəzində mütəxəssislərin, aqrar sektorda çalışan sahibkarların və bu sahəyə xidmət edən idarə və təşkilatların, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni açan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirdə aqrar sektorda görülən işlərlə bağlı məlumat verib.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdırıb, yeni mərhələdə aqrar sahənin inkişafı istiqamətlərindən danışıb. Aqrar sahənin inkişafının iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri olduğunu deyən A.Əmiraslanov bildirib ki, dövlət tərəfindən əkinlərə ayrılan subsidiyalar, kənd təsərrüfatı məhsullarının alış qiymətinin artırılması və digər güzəştlər bu sahənin inkişafına xidmət edir.
Kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafından da danışan işçi qrupun rəhbəri bu istiqamətdə dövlət dəstəyinin gücləndirildiyini, pambıqçılıq və baramaçılığa da subsidiyaların veriləcəyini diqqətə çatdırıb.
Sonra müşavirə diskussiya şəraitində davam edib, fermerləri, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlar tərəfindən taxıl anbarı, un dəyirmanı kompleksinin, istixanaların yaradılması üçün güzəştli kreditlərin verilməsi, müasir suvarma sistemlərinin aidiyyəti dövlət qurumları tərəfindən quraşdırılmasının təmin edilməsi və digər təkliflər səsləndirilib. Təkliflər araşdırılmaq və müvafiq tədbirlər görülmək üçün nəzarətə götürülüb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info