“Hər komanda İspaniyaya qalib gələ bilməz, amma Xorvatiya bunu bacarıb”
Tarix: 24.06.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ardıcıl dörd Avropa çempionatında qol vurmasını şərh edib. Macarıstanla 3:3 hesabı ilə yekunlaşan oyunda dubl edən hücumçu UEFA-nın saytına bildirib ki, bütün bunlar onu sevindirir:
“Bu, yeni bir rekorddur. Hər şey təbii olaraq baş verib. Deməzdim ki, sevinmirəm. Amma ən əsası komandamızın qrupdan çıxması idi. Qarşıda bizi daha çətin oyun gözləyir”. Ronaldo “Avro-2016”-nın 1/8 finalında Xorvatiyaya qarşı keçirəcəkləri oyun barədə də fikirlərini açıqlayıb: “Şanslar 50/50-dir. Xorvatların yaxşı oyunçuları var. Bu komandaya hörmət edirik. Bu gün heç də hər bir komanda İspaniyaya qalib gələ bilməz, amma Xorvatiya bunu bacarıb. Biz də öz gücümüzə bələdik və sonadək mübarizə aparacağıq”. Qeyd edək ki, Kriştiano Ronaldo dalbadal dörd Avropa çempionatının final mərhələsinin hamısında qol vuran ilk futbolçu kimi tarixə düşüb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info