“Ermənistan hökuməti büdcəni doldurmaq üçün 383 dövlət avtomobilini satır”
Tarix: 24.06.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Ermənistan dövlət kimi ayaqda durmaq üçün daha hansı vasitələrə əl atmır ki...Ölkə rəhbərliyinin ölkə büdcəsini qorumaq üçün atdığı son addım bu ölkənin cılızlığını bir daha ortaya qoyur. Təbii ki, Ermənistanda cərəyan edən son hadisələr öz fəsad və nəticələrinə görə ölkə əhalisi üçün də acınacaqlı sonunclana bilər.
Belə ki, bu ölkənin “News.am” saytının yaydığı məlumatlardan birinə görə, Ermənistan hökuməti dövlət əmlakında olan 383 avtomobili geri almaq və Dövlət Əmlakı Aparatını gücləndirmək üçün onları yenidən satışa qaytarmaq niyyətindədir. Artıq Ermənistanın Dövlət Gəlirləri Komitəsindən 27 avtomobil alınacağı bəyan edilib. Bundan əlavə, Maliyyə və İqtisadiyyat nazirliklərindən 4, Ədliyyə Nazirliyindən 2, İdman və Gənclər Nazirliyindən 1, Enerji və Təbii Sərvətlər Nazirliyindən 4, Əmək və Sosial İşlər Nazirliyindən 26, Kənd təsərrüfatı Nazirliyindən 9, Elm və Təhsil Nazirliyindən 3, Ərazi və İnkişaf Nazirliyindən 1, Nəqliyyat Nazirliyindən 4, Şəhərsalma Nazirliyindən 7, Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsindən 7 avtomobil geri alınacaq. Bütün bunlarla yanaşı, Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin balansında 274 avtomobil satılmamış qalır. “News.am” yazır ki, Ermənistan dövlətinin bu addımı ölkənin boş büdcəsini doldurmağa hesablanıb. İqtisadi vəziyyətin ağırlığı, büdcənin boş olması hökumətin sürpriz addımlarının sayını da çoxaldıb. Belə ki, «Aysor» qəzetinin yaydığı məlumata görə, Ermənistanda fəaliyyət göstərən ali məktəblərin rəhbər işçiləri arasında da ixtisarlar gözlənilir. Bu məqsədlə ölkənin baş nazirinin müavini Vaçe Qabrelyanın rəhbərliyi ilə işçi qrup yaradılıb. “Bəzi ali təhsil müəssisələrində rektorun ayrı-ayrı sahələr üzrə 4 müavini fəaliyyət göstərir. Biz bunların sayını azaltmağı planlaşdırırıq” -deyə işçi qrupdan “Aysor”a bildirilib. Nazir müavini bildirib ki, bəzi ölkə ali məktəblərində təkrar funksiyaları olan bölmə və şöbələr fəaliyyət göstərir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info