Payızın əvvəlində Aİ-nin Azərbaycan üzrə alt komitələrinin iclasları keçiriləcək
Tarix: 24.06.2016 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Bu il Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlıq üzrə danışıqların başlanması üçün mandat veriləcəyi gözlənilir

“Bu ilin oktyabrında Avropa İttifaqı Şurası tərəfindən Avropa Komissiyasına Azərbaycanla strateji tərəfdaşlığa dair danışıqların başlanması üçün mandat verilməsi gözlənilir”. Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev “Azərbaycanda mobillik naminə tərəfdaşlıq” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, ötən il Riqa sammitində Azərbaycan Aİ-yə strateji tərəfdaşlığa dair saziş layihəsi təqdim edib: “Bu sənədə miqrasiya sahəsində əməkdaşlığın genişlənməsi də daxildir. Sənədin imzalanması əməkdaşlığı yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq və ikitərəfli əməkdaşlığın gələcəyi üçün öz rolunu oynayacaq. Biz, həmçinin siyasi dialoqun bərpası üzərində işləyirik. Cari ilin ikinci yarısında Aİ-də Azərbaycana dair alt komitələrin iclaslarının keçirilməsi nəzərdə tutulur. Aviasiya sazişinə dair danışıqları davam etdirməyi də planlaşdırırıq”. Mahmud Məmmədquliyev deyib ki, Azərbaycan və Avropa İttifaqı aviasiya sazişi üzrə danışıqları bərpa etməyə hazırdır. O bildirib ki, Azərbaycan Aİ ilə aviasiya sazişi üzrə danışıqlara başlamışdı, lakin sonradan bu danışıqlar dayandırıldı: “Hazırda bu istiqamətdə məsləhətləşmələr gedir. Azərbaycan tərəfi bəzi təkliflər irəli sürüb. Aİ buna baxmalıdır, sonra həm bununla, həm də danışıqların nə zaman başlayacağı ilə bağlı fikrini bildirməlidir. Sazişin məqsədi Aİ ölkələri ilə Azərbaycan arasında aviasiya əlaqələrinin inkişafıdır". Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard da sazişlə bağlı danışıqlara hazır olduqlarını təsdiq edib: “Saziş həm Azərbaycana, həm də Aİ-yə aviasiya sahəsində rəqabətliliyin artması baxımından töhfə verəcək. Bu, müxtəlif hava şirkətlərinin Azərbaycana uçmasını asanlaşdırır və rəqabəti artırır. Söhbət həm sərnişin, həm də digər sahələrdə uçuşlara aid olacaq”. Malena Mard onu da qeyd edib ki, payızın əvvəlində Avropa İttifaqının Azərbaycan üzrə alt komitələrinin iclası keçiriləcək. Onun sözlərinə görə, alt komitələrin iclasında Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq razılaşmaları çərçivəsində bütün mövzuları müzakirə etmək imkanı yaranacaq: "Təhsil, insanlararası əlaqələr, ticarət, təhlükəsizlik, azadlıq kimi mövzularda irəliləmək imkanımız olacaq. İlk alt komitənin iclası sentyabrın axırında başlayacaq. Bu, Azərbaycan-Aİ əlaqələrində intensiv payız olacaq




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info