“Başladığımız layihələrin icrasında problem yoxdur”
Tarix: 24.06.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“İlin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq”
"İlin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq". Bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. "Neftin qiymətində artım dinamikası nümayiş olunur. Neftin qiyməti artıq dibi görüb. Neftin qiyməti hətta 50 dollar olduğu halda, bu, investisiyayönümlü qiymət deyil. Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar", - deyə R. Abdullayev bildirib.
Dövlət şirkətinin rəhbəri əlavə edib ki, neftin 1 barelinin investisiyayönümlü qiyməti 60-70 dollardır: "Mənim proqnozuma görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Lakin neft sənayesinə böyük investisiyaların yatırılması üçün bu da kifayət deyil". SOCAR prezidenti qeyd edib ki, həyata keçirilən layihələrdə heç bir problem müşahidə olunmur. "Cənub Qaz Dəhlizi”, Karbamid zavodu, Türkiyədəki layihələrimizin icrasında problem yoxdur. Başqa sözlə, başladığımız layihələri uğurla başa çatdıracağıq. Lakin yeni layihələrin həyata keçirilməsini dayandırmışıq. Çox sayda layihələrimiz, ideyalarımız var, lakin biz onların həyata keçirmirik. Neftin qiyməti normallaşandan sonra onları həyata keçirəcəyik", - deyə R. Abdullayev bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info