Bərdədə yeni müəssisə açılıb
Tarix: 24.06.2016 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL 2) çərçivəsində Bərdə rayonunun Qazaxlar kəndində həyata keçirilən “Südtoplama və süd emalı müəssisəsinin quraşdırılması” layihəsinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dünya Bankının “AzKİL 2” üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouen, “AzKİL 2”nin direktor müavini və icma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, Qarabağ zonası üzrə Proqram Mütəxəssisi Əbülfət Əhmədov, kənd sakinləri, eləcə də layihənin Bakıdan və regionlardan olan işçi heyəti iştirak edib.Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “AzKİL 2” çərçivəsində həyata keçirilən layihələrdən danışıblar. Bildirilib ki, Azərbaycanda 10 ildən çox müddətdə fəaliyyət göstərən AzKİL 1700-dən çox sosial və iqtisadi infrastruktur layihələri həyata keçirib.Diqqətə çatdırılıb ki, heyvandarlığın inkişaf etdiyi Qazaxlar kəndinin sakinləri təsərrüfatlarında əldə etdikləri südü rayon mərkəzində və qonşu Ağcabədi rayonunda yerləşən südtoplama məntəqələrinə aparırdılar. Bu da məsafənin uzaq olması səbəbindən artıq xərclərə və südün keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Odur ki, icmada südtoplama və süd emalı müəssisəsinin quraşdırılmasına ehtiyac var idi. “AzKİL 2”nin dəstəyi ilə həyata keçirilən “Südtoplama və süd emalı müəssisəsi” layihəsi çərçivəsində kənddə 1 ədəd 3 otaqlı bina talvarı ilə tikilərək avadanlıqlar quraşdırılıb. Layihədən Qazaxlar icması ilə birlikdə qonşu icmalar və fermerlərin də faydalanacağı gözlənilir.Çıxış edən kənd sakinləri layihənin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.Tədbirdə müxtəlif kənd təsərrüfatı məhsulları, həmçinin Bərdənin keçmişini və bu gününü əks etdirən əşyalar sərgilənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info