Rusiya XİN ermənipərəst agentliyin sualını təxribat adlandırıb
Tarix: 24.06.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyiermənipərəst "Regnum" agentliyinin Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması ilə bağlı sualını təxribat adlandırıb. Bu barədə "Regnum" agentliyində dərc olunan "Rusiya XİN "Mannerheym işi"ni rəsmi şərh edə bilmir" adlı yazıda qeyd olunub. 
Rusiya XİN-nin İrəvanda ermənilərin faşist və kollaborsionist Qaregin Njdeyə abidə qoyulması ilə bağlı bəyanatından narazı qalan agentlik Rusiya XİN-dən Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması ilə bağlı məsələyə də münasibət bildirməsini istəyib. Agentliyin XİN-ə göndərdiyi sorğuda ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin “faşist-kollaborsionist” adlandırıb və Rusiya XİN-dən Rəsulzadəyə Azərbaycanda abidə qoyulması faktının rəsmi Moskvanın təəccüb ifadə edib-etməməyini soruşub. 
Rusiya XİN "Regnum" agentliyinin sorğusuna yazılı cavab verib. Cavab məktubunda bildirilib: "Sizin Rusiya XİN-ə M.Ə. Rəsulzadənin abidəsinin qoyulması ilə bağlı göndərdiyini müraciətlə əlaqədar sizə əks sual vermək istəyirik: Regnum agentliyi son 15 ildə Rusiyanın bu abidələrə yanaşmasına maraq göstəribmi və nəyə görə İkinci Dünya Müharibəsinin tarixi ilə bağlı abidələrə maraq agentlikdə Azərbaycana və Ermənistana münasibət kontekstində yaranıb? 
Hesab edirik ki, əslində sizin tərəfinizdən qoyulan sual təxribatçı kimi qiymətləndirilməyə bilinməz. 
Rusiya Federasiyasının hitlerçi kollaborsionistlərə münasibəti yaxşı məlumdur və dəfələrlə həm ölkə daxilində, həm də ki, xaricdə, beynəlxalq forumlarda Rusiya XİN nümayəndələri tərəfindən səsləndirilib".
Qeyd edək ki, bu gün Rusiya XİN-də keçirilən ənənəvi brifinqdə ermənipərəst agentliyin nümayəndəsi eyni sualla XİN sözçüsü Mariya Zaxarovaya müraciət etmək istəyib. M. Zaxarova agentlik nümayəndəsinə sualını axıra qədər səsləndirməyə icazə verməyib və ona ünvanlanacaq sualın cavabının yazılı şəkildə XİN tərəfindən agentliyin redaksiyasına göndərildiyini söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info