İsrail səfiri: “Naxçıvanın təmizliyi, gözəlliyi məni valeh etdi”
Tarix: 24.06.2016 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında gördüklərim məndə çox böyük təəssüratlar yaratdı. Xüsusən, Naxçıvan şəhərinin təmizliyi, gözəlliyi məni valeh etdi. Muxtar respublikanın bir sıra turizm məkanlarında oldum. Həqiqətən də Naxçıvan böyük turizm potensialına malikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 21-23-də Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Səfər çərçivəsində muxtar respublikanın istehsalat, təhsil, mədəniyyət və səhiyyə müəssisələri, tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanış olan diplomat qeyd edib ki, Naxçıvanda bir sıra sahələr əsaslı şəkildə inkişaf etdirilib: “Ümumi qənaətim belədir ki, muxtar respublika həm kənd təsərrüfatı, həm də sənaye sahələri baxımından xeyli inkişaf edib. Bu sahələrdə böyük işlər görülüb. Burada keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları diqqətimi cəlb etdi”.
Naxçıvan Muxtar Respublikasına ilk dəfədir səfər etdiyini bildirən Dan Stav deyib ki, səfərinin məqsədi Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafı fonunda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrin genişləndirilməsidir. O, muxtar respublikada bir sıra görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin yollarını müzakirə etdiyini söyləyib.
“Vurğulamaq istərdim ki, əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusən turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əlaqələr yaradıla bilər. Ümid edirəm ki, muxtar respublikaya səfərim qarşılıqlı, faydalı əlaqələrin inkişafına töhfə verəcək”, - deyə İsrail səfiri bildirib.





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info