Müdafiə naziri Yanuş Boyarski ilə görüşüb
Tarix: 24.06.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər



Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-mayor Yanuş Boyarski ilə Müdafiə Nazirliyində görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, NATO Müdafiə Kollecinin rəisinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, həmçinin qoşunların qarşıdurma xəttindəki cari əməliyyat şəraiti barədə məlumat verilib.
Görüşdə Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusilə də Silahlı Qüvvələrimiz ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, ölkəmizin Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına töhfəsi ətraflı müzakirə olunub.Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göstərilən dəstəyə görə qonağa təşəkkür edib.General-mayor Y.Boyarski Müdafiə Kollecinin fəaliyyəti barədə məlumat verərək Azərbaycana səfərdən məmnunluğunu diqqətə çatdırıb. O, Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini xüsusi vurğulayıb. Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarının 31 ölkəsindən olan 120 nəfərlik heyətin əksəriyyətinin müdafiə və təhlükəsizlik sahəsində strateji vəzifələrdə çalışdığını diqqətə çatdıran qonaq belə səfərlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info