Xaçmazda beynəlxalq festival keçirilir
Tarix: 24.06.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Xaçmazda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilir. 
Festivalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, yerli və xarici təşkilatların nümayəndələri iştirak edirlər. 
Festival zamanı ölkəmizdə yaşayan milli azlıqların folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” konsert proqramı təqdim olunub, milli idman növləri nümayiş etdirilib. Bununla yanaşı, festival iştirakçıları ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini tərənnüm edən tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq sənəti və digər sənət əsərlərinin nümunələrindən ibarət sərgini izləmək imkanı qazanıblar. Həmçinin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə yerli və xarici ölkələrin bəstəkarlarına məxsus klassik musiqidən ibarət konsert, “Azərbaycan – dünya multikulturalizminin ünvanlarından biridir” adlı rəsm sərgisi nəzərdə tutulub. 
Festival zamanı “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələrinin birgə iştirakı ilə “Multikulturalizmin alternativi yoxdur” adlı elmi-praktiki konfrans da keçiriləcək.
2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində “Multikulturalizmin alternativi yoxdur” şüarı altında Xaçmazda təşkil olunacaq festivalın məqsədi Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir.
Tural





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info