ATGTİ-də Milix Yevdayevlə gənclərin görüşü keçiriləcək
Tarix: 24.06.2016 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


İyunun 27-də, saat 14:00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevlə tələbələrin görüşü keçiriləcək. Görüş millət vəkili Şahin İsmayılovun iştirakı ilə keçiriləcək. “Azərbaycan mənim doğma vətənimdir” adı ilə təşkil olunan bu tədbir Azərbaycanda elan edilən multikulturalizm ili ilə əlaqədardır.
Qeyd edək ki, Milix Yevdayev 2011-ci ildən Azərbaycan dövləti tərəfindən yəhudilər üçün inşa edilmiş sinaqoqun rəhbəridir. Bu illər ərzində o, bir çox xarici səfərlərdə olarkən Azərbaycan həqiqətlərini yüksək tribunalardan vətənpərvər ziyalı kimi söyləyib. Azərbaycanın milli maraqlarını, siyasətini həmişə dəstəkləyib və Qarabağ torpağının ermənilər tərəfindən işğalını pisləyib.
Milix Yevdayev Azərbaycanda dini tolerantlığın layiqincə təşkilinə və dünyada təbliğinə görə “Vətən övladı” ordeninə layiq görülüb.
Tədbirdə tələbə gənclərlə yəhudi xalqının adət və ənənələri, mədəniyyəti, yəhudi və Azərbaycan xalqlarının mədəni əlaqələri haqda maraqlı diskussiyalar olacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info