NDU-nun fərqlənən tələbələri mükafatlandırılıb
Tarix: 24.06.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində (NDU) muxtar respublikada keçirilən müsabiqələrdə qalib gələn tələbələrin mükafatlandırılma mərasimi olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qalib gələn tələbələri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Ali təhsil ocağının elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev tələbələri doğma yurdun təbiətinin, tarixi memarlıq abidələrinin dünyada tanıdılması işində fəal iştirak etməyə səsləyib.
Sonra mükafatlandırma olub.
Əvvəlcə 2015-2016-cı tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekun konfransında fərqləndiyinə görə 46 tələbə universitetin I dərəcəli diplomları ilə təltif olunub. Qalib tələbələr elmi-tədqiqat işlərinin mövzusu və apardıqları araşdırmalara dair qısa məlumat veriblər.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Gənclər Fondunun təşkilatçılığı ilə 18 İyun - İnsan Hüquqları Günü münasibətilə Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilən “Xəmsə” milli intellektual oyununun 5 qalibi mükafatlandırılıb.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” adlı rəsm müsabiqəsində I yeri tutan İsmayıl İsmayıllıya hər iki qurumun diplomları təqdim olunub.
Universitetin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə müxtəlif ixtisas tələbələri arasında keçirilən “Müasir Azərbaycan gəncliyi” mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi Kazım Kazımov I dərəcəli, həmin ixtisas üzrə III kurs tələbəsi Məmmədbağır Dünyamalıyev və fizika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Nailə Vəliyeva II dərəcəli, dünya ədəbiyyatı ixtisası üzrə I kurs magistr Səbinə Əliyeva və mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Aysel Hüseynova isə III dərəcəli diplomlarla təltif ediliblər.
Sonda xatirə şəkli çəkdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info