Samuxda əkin üçün yeni torpaq sahələrinin ayrılması məhsul bolluğu yaradacaq
Tarix: 24.06.2016 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, kənd təsərrüfatı məsələləri üzrə yaradılmış işçi qrupun üzvləri iyunun 23-də Samux rayonunda “AzRus dostluq” faraş tərəvəz məhsulları yetişdirilən istixana kombinatında olub, “Aqroenerji” kompleksində quraşdırılan günəş panellərinə baxıblar. Sonra rayonun Qarayeri qəsəbəsində fəaliyyət göstərən “Amin” firmasının üzüm və meyvə bağlarında, Sarıqamış kəndi ərazisində iribuynuzlu mal-qara üçün nəzərdə tutulmuş “Boz dağ” heyvandarlıq kompleksində işlərin vəziyyəti ilə tanışlıq olub. Daha sonra “Aqro Dairy” taxılçılıq kompleksinə və “Qarabağ region” MMC tərəfindən salınan 300 hektarlıq pambıq sahələrinə baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, təsərrüfat sahələri ilə tanışlıqdan sonra mütəxəssislərin, fermer və sahibkarların, bələdiyyə sədrlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev aqrar sahədəki mövcud vəziyyət və qarşıda duran məsələlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, rayonun Qırmızı Samux qəsəbəsi ərazisində ilk dəfə 300 hektar sahədə “Qarabağ region” MKT MMC tərəfindən pambıq səpini aparılıb. Pambıq yığımında hər hektardan 27-30 sentner məhsul gözlənilir. Növbəti ildə isə 500 hektardan çox pambıq əkininin aparılması planlaşdırılır.
Rayonda əkin sahələrinin artırılması və iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə 500 hektar qış otlaq sahələrinin təyinatı dəyişdirilərək “Aqro Dairy” MMC-yə uzunmüddətli icarəyə verilib. Həmçinin cari ildə 3000 hektar sahədə qarğıdalı səpilməsi işlərinə başlanılıb. “Ulduz-2011” MMC-yə Ceyrançöl və Bozdağ massivlərindən 2010 hektar torpaq sahəsi ayrılıb. Həmin torpaqların 1600 hektarının təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə olunması üçün sənədlər müvafiq dövlət qurumlarına göndərilib. Təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsinin 1100 hektarında taxıl, 500 hektarında isə intensiv üsulla kartof əkiləcək.
Samux rayonunun tərəvəz toxumçuluğu üzrə də ixtisaslaşdığını deyən Alı Qocayev qeyd edib ki, rayonda hər il 300-350 ton tərəvəz toxumları istehsal olunur.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək bildirib ki, rayonlara səfərlərinin başlıca məqsədi bölgələrdə kənd təsərrüfatı işlərinin icra vəziyyətini öyrənmək, yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işləri dəyərləndirmək, eləcə də aqrar sahənin mövcud vəziyyətini araşdıraraq təhlil etmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Bunun üçün qrup üzvləri tərəfindən rayonlarda aqrar sənaye kompleksinə aid olan fermer təsərrüfatlarına, istehsal sahələrinə baxış keçirilir, mövcud problemlər və qarşıda duran məsələlər araşdırılır. Vurğulanıb ki, rayonlar üzrə bütün məlumatlar toplanıldıqdan sonra aqrar sahənin inkişafı ilə əlaqədar ölkə üzrə ümumi hesabat hazırlanaraq dövlət başçısına təqdim olunacaq.
Qeyd edilib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına öz təsirini göstərib. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti və həyata keçirilən islahatlar mövcud çətinliklərin uğurla aradan qaldırılmasına imkan verir. Dövlətin aqrar siyasətinin mahiyyətini şərh edən işçi qrupun rəhbəri bildirib ki, əsas məqsəd Azərbaycanın ərzaq təhlükəsizliyini möhkəmləndirmək, insanları ekoloji cəhətdən sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək, respublikanın ixrac potensialını yüksəltmək və ölkəyə daxil olan xarici valyutanın həcmini artırmaqdan ibarətdir.
Təcrübə göstərir ki, ölkədə kənd təsərrüfatının sürətli inkişafına nail olmaq üçün kiçik təsərrüfat sahələri birləşdirilməli, fəaliyyətini müasir tələblər səviyyəsində quran aqrar sənaye komplekslərinin yaradılması dəstəklənməlidir. Bu barədə danışan işçi qrupun rəhbəri bildirib ki, rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalında ixtisaslaşma aparılmalı, mövcud əkinəyararlı torpaqlardan səmərəli istifadə olunmaqla yanaşı, yeni torpaq sahələri də əkin dövriyyəsinə cəlb edilməlidir. Samux ölkədə ərzaq bolluğunun yaradılmasına öz töhfəsini verən əsas kənd təsərrüfatı rayonlarından biridir. Yerli iqlim şəraiti və torpağın strukturu burada bir sıra strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalını mümkün edir. Rayonda əkinçiliyin inkişafı ilə yanaşı, iri və xırdabuynuzlu fermer təsərrüfatlarının yaradılması üçün də geniş imkanlar var.
Müşavirədə fermer, sahibkar və bələdiyyə sədrlərinin sualları cavablandırılıb, təkliflər verilib. İşçi qrupun üzvləri təklifləri baxılmaq üçün nəzarətə götürüblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info