Gəncədə fermerlər üçün təlim
Tarix: 24.06.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Gəncə şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə fermerlər üçün “Aqrar sahədə yeni yanaşmalar vasitəsilə effektivliyin artırılmasına yardım” mövzusunda təlim keçirilib.
ASK-dan bildiriblər ki, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və 55-dən çox fermer iştirak edib. Təlimdə sahibkarlara maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda geniş və müfəssəl məlumat verilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri Afina Babayeva və Xəqan Hümmətzadə ASK-ın fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında danışıblar. Bildirilib ki, təşkilat davamlı olaraq bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir və cari ildə bu istiqamətdə bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə təlimlərə cəlb etməklə, onların arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud vəziyyət araşdırılıb və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilib.
Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info