Aydın Əliyev Qulam İshaqzainlə görüşüb
Tarix: 24.06.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, DGK sədri Aydın Əliyev BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqdan, əlaqələrin gələcək perspektivlərindən bəhs edib. 
Komitə sədri 1999-cu ildən icrasına başlanılan BMT İP və Azərbaycan hökuməti arasında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması" layihəsinin uğurla davam etdiyini məmnunluqla xatırlayıb, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışıb. 
Birgə gerçəkləşdirilən layihələrin bütövlükdə BMT İnkişaf Proqramının komitəyə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən A. Əliyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib, eləcə də son dövrlər gömrük sistemində aparılan islahatlar barəsində qonaqlara ətraflı məlumat verib. 
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Q. İshaqzai rəhbərlik etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, mövcud olan sıx və səmərəli münasibətlərin daimi olacağına əminliyini ifadə edib. 
Görüşdə, kadr potensialının gücləndirilməsi istiqamətində BMT İnkişaf Proqramı ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edilib, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 
Sonra qonaqlar DGK-də "Hədəf" Mərkəzinə baxış keçiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info