“Bu səsvermə bütün Avropa xalqlarına təsir edəcək”
Tarix: 24.06.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son plenar iclasında çıxış edən qurumun sədri Pedro Aqramunt Birləşmiş Krallıqda keçirilmiş referendumun nəticələrinə münasibət bildirib. P. Aqramunt bunu Avropa idealının itirilməsi adlandırıb: “Bu səsvermə yalnız Birləşmiş Krallıqda yaşayan insanlara deyil, bütün Avropa xalqlarına təsir edəcək. Bu, yalnız Avropa Birliyinə deyil, bütün beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurası və onun Parlament Assambleyasına toxunacaq. Bu gün Avropa bayrağı endi, amma bəzən bir addım irəli getməzdən əvvəl bir addım geriyə addım atmaq lazım gəlir”. 
Avropa Şurasının baş katibi Tyorbörn Yaqland isə referendumun nəticələrinə riayət etməyə çağırıb və bunu demokratik bir qərar adlandırıb: “İndi ən əsas məsələ odur ki, Birləşmiş Krallıq və Avropa sakinlərinin bundan ən məqbul şəkildə mənfəət götürə bilmələri üçün Avropa İttifaqı öz ənənəsinə tam uyğun bir şəkildə Birləşmiş Krallıq hökuməti ilə işləsin. Hər kəs indi Avropa millətlərini birləşdirən amilə diqqət etməlidir, bu da demokratiya, insan hüquqları və hüququn aliliyi prinsipləridir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info