Milli Azlıqların V Respublika Festivalı keçiriləcək
Tarix: 24.06.2016 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən respublikamızda çoxsaylı tədbirlər təşkil edilir.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə ölkəmizdə yaşayan xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan - doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları “Musiqi dünyası” jurnalında çap olunub.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görülən işlərin davamı olaraq iyunun 28-dən 30-dək Bakı şəhərində “Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların V Respublika Festivalının keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bədii kollektivlərin çıxışları, Heydər Əliyev Sarayında festivalın qala konserti keçiriləcəkdir.
Bununla yanaşı Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folklor nümunələri” diskinin və fotokataloqun təqdimatı, habelə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa”nın təşkili planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
Portuqaliya klassik musiqisi ilə muğamın sintezi
15.12.2018
Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti xeyriyyə aksiyası
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info