Şotlandiya müstəqillik haqqında yenidən referendum keçirə bilər
Tarix: 24.06.2016 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Şotlandiya hökuməti müstəqillik haqqında ikinci referendumun keçirilməsi üçün yeni qanunvericilik bazasını hazırlamağa başlayacaq. 
“Rg.ru” saytının verdiyi xəbərə görə, bu barədə Şotlandiyanın hökumət başçısı Nikola Störgn bildirib. 
"Əgər parlament belə qərar qəbul etsə, biz yeni referendumun keçirilməsi üçün tələb edilən qanunların hazırlanmasına başlayacağıq. Şotlandiya iradəsinin əleyhinə Avropa İttifaqından çıxdığına görə qəzəblənib. Mən bunu demokratiya nöqteyi-nəzərdən qəbuledilməz hesab edirəm. Müstəqilliklə bağlı ikinci referendumun keçirilməsi ehtimalı çox yüksəkdir”, - deyə o vurğulayıb. 
Störgn qeyd edib ki, Şotlandiyanın müstəqillik haqqında daha bir referendum keçirmək hüququ var. 
Qeyd edək ki, Şotlandiya əhalisinin 62 faizi Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verib. 
Xatırladaq ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum 18 sentyabr 2014-cü il tarixində keçirilib. Referendumda şotlandların 55,3 faizi müstəqilliyin əleyhinə səs verdiyi üçün Şotlandiya Böyük Britaniyanın tərkibində qalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
ABŞ-ın baş prokuroru Trampın Rusiya ilə əlbir olmadığını rəsmən bəyan edib
18.04.2019
Pakistanda aparılan antiterror əməliyyatında beş terrorçu öldürülüb
18.04.2019
Son sözü Ali Seçki Komissiyası deyəcək
18.04.2019
Liviyada üç günlük matәm elan olunub
17.04.2019
Sudan parlamentinin spikeri Xartum aeroportunda saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info